Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski və Putin İndoneziyada görüşə bilər

Zelenski və Putin İndoneziyada görüşə bilər

SİYASƏT

1453

27.04.2022, 17:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

G20-nin rəhbəri olan İndoneziya prezidenti Coko Vidodo Ukrayna lideri Vladimir Zelenskini G20 sammitinə dəvət edib.

OXU24.COM bildirir ki, Zelenski bu barədə Twitter-də məlumat yayıb.

"Mən İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar apardım. Ona suverenlik və ərazi bütövlüyünü dəstəklədiyinə, xüsusən də BMT-də aydın mövqeyə görə təşəkkür etdim. Biz ərzaq təhlükəsizliyi məsələlərini müzakirə etdik. G20 sammitində iştirak etmək dəvətinə görə minnətdaram", - Zelenski bildirib.

Coko Vidodo G20-nin hazırkı rəhbəridir.

G20 Liderlərinin Toplantısı 15-16 noyabr tarixlərində Balidə baş tutacaq.