Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68441
az

Paşinyana qarşı çevriliş hazırlığı: “Düyməyə basılıb” – Gizli proses IFŞA EDİLDİ

20:4916 Aprel, 2022
1187
SİYASƏT
  • A

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Türkiyə" qəzetinə açıqlamasında Qarabağdakı məğlubiyyəti ilə Ermənistanda bütün tarazlıqların dəyişdiyini və böhranın günbəgün dərinləşdiyini bildirib.

O deyib:

"Qarabağda 25 minə yaxın erməni qalıb. Əvvəllər buradakı bütün qondarma rejimlər rus agentləri tərəfindən idarə olunurdu. Qarabağdakı qondarma parlamentin qərarı da xaricdən yönəlmiş planın davamıdır. Bununla Ermənistan xaricindəki erməniləri qızışdırmağa çalışırlar.

Prosesin məxfi aktoru da "Russia Today"ın rəhbəri və Moskvada çox fəal şəxs olan Marqarita Simonyandır. Həm Qarabağ, həm də Ermənistan erməniləri Rusiyanın Ukraynada məğlub olmasından və zəifləməsindən qorxurlar. Müəyyən mənada özlərini qorumağa çalışırlar. Bu səbəbdən də Moskvanı Azərbaycana qarşı təxribata çəkməyə çalışırlar".

OXU24.COM teleqraf.com-a istinadən bildirir ki, Tofiq Zülfüqarovun sözlərinə görə, Paşinyan rasional siyasətə üstünlük verib, həm ölkəsini, həm də hakimiyyətini qorumaq üçün Türkiyə və Azərbaycanla anlaşma axtarır.
Ətraflı

Türkiyənin bütün regionda aktiv və qalıcı aktor olduğunu vurğulayan Zülfüqarov sözlərini belə davam etdirib:

"Paşinyan bu reallıq üzərində öz hesablamalarını aparmağa başlayıb. Bu, "Qarabağ lobbisi"ni və müxtəlif ölkələri narahat edir. Fransa və İran da daxil olmaqla, Rusiya həmişəlik burada qala bilməz. Bəzi geosiyasi təşəbbüslər və oyunlar sınaqdan keçirilə bilər, amma realpolitik göstərir ki, bu coğrafiya Türkiyəsiz olmayacaq. Türkiyə tezliklə Ermənistanda da olacaq. Həm də çox güclü fotmada. Ermənilərin başqa mümkün variantı yoxdur".

Siyasi ekspert Əziz Əlibəyli isə nəşrə Ermənistanda qeyri-adi prosesin getdiyini söyləyib, "Qarabağ klanı"nın liderləri - Köçəryan və Sərkisyanın Paşinyandan qisas almaq üçün düyməni basdığına və gizli görüşlər keçirdiyinə diqqət çəkib:

"Köçəryan klanı"ndan olan Edqar Kazaryan, Avetik Çələbyan adlı iki millət vəkili Paşinyanın Rusiya qüvvələrini Gümrüdən çıxarmağa hazırlaşdığını iddia edib. Onlar Paşinyanı Qarabağın qalan ərazilərini Azərbaycana təhvil verməkdə, Türkiyə və Azərbaycanla yaxınlaşmaq üçün ciddi səy göstərməkdə ittiham ediblər. Həmçinin Paşinyanın Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətini uzatmayacağını iddia edərək, Moskvaya mesaj veriblər. Paşinyana qarşı sui-qəsd və çevriliş də daxil olmaqla, hərtərəfli plan hazırlayırlar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə polis kütləvi həbslərə başladı
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Paşinyan: Mümkün qədər tez...

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gəncədə məktəbli bıçaqlanıb