Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68405
az

Kiyev yenidən atəşə tutuldu

22:2315 Aprel, 2022
1577
SİYASƏT
  • A

Aprelin 15-i gecə  Rusiya silahlı qüvvələri Kiyevdə bir neçə məntəqəyə, o cümlədən rəsmi Moskvanın iddia elədiyinə görə,  gəmi əleyhinə raket komplekslərinin istehsalı ilə bağlı olan obyektə zərbələr endirib. Atəş  Rusiya Müdafiə Nazirliyinin "Moskva” kreyserinin suda batdığını elan etməsindən bir neçə saat sonra baş verib. Kiyev kreyserin Ukrayna istehsalı olan  "Neptun" raketləri ilə vurulduğunu bildirib.  Eyni zamanda, Rusiya "Moskva"nın Ukrayna raketləri ilə vurulması nəticəsində alovlanması barədə məlumatı təsdiq etmir və Kiyevə basqının Rusiya ərazisinə edilən hücumlara cavab olduğunu bildirir. 

Kiyev vilayət administrasiyasının rəhbəri Oleksandr Pavlyuk cümə günü rus qoşunlarının Kiyev bölgəsindəki məntəqələri atəşə tutduğunu təsdiqləyib. "Yalnız bu gün Kiyev vilayətinə 3 raket zərbəsi endirilib. Biz hər hansı məntəqəyə təkrar zərbələr endirilməsi ehtimalını istisna etmirik", - o, Ukrayna televiziyasının efirində deyib. 

Pavlyuk sakinlərin Kiyevə qayıtmasını "daha ​​sakit vaxtlara qədər” təxirə salmağı tövsiyə edib. 

"Biz təkrar etmişik və təkrar edirik ki, mülki əhali üçün təhlükə qalmaqdadır. Həm  zərbə qruplarının Kiyev istiqamətində geri qayıtmasıərazilərin hələ mövcud olması təhlkəsi var. Düşmən Kiyev və bütövlkdə Ukrayna ərazisində olan  obyektlərə raket zərbələri endirə bilər”,  -  Pavlyuk deyib.

Yerli avtomobil təmiri sexinin işçisi olan 38 yaşlı Kirill Reuters agentliyinə bildirib ki, o, yolun o biri tərəfində  sənaye binasında üç partlayış görüb. Bundan sonra yanğın başlayıb və yanğınsöndürənlər tərəfindən söndürülüb. O, yol boyu səpələnmiş şüşə qırıqlarını və metal qırıqlarını göstərərək "bina yandı və mən maşınımın arxasında gizlənməli oldum”,  - o, deyib.

Hadisə yerində işləyən France-Presse jurnalistinin sözlərinə görə, zərbə nəticəsində Julianı bölgəsində yerləşən "Kiyev" beynəlxalq hava limanı yaxınlığındakı hərbi zavoda ziyan dəyib. Ağac emalı sexinin sahibi, 47 yaşlı Andrey Sizov agentliyə bildirib ki, "təxminən saat 01:30-da mühafizəçim mənə zəng vurub. Ofisdə olan əməkdaşım partlayış nəticəsində ayaqlarını itirib".

"Moskva" kreyserinın qisası?

Sizovun sözlərinə görə, bu yolla Rusiya "Moskva” hərbi gəmisinin batmasının qisasını alır. Ukrayna hakimiyyəti Kiyevdə hansı obyektlərin vurulması ilə bağlı məlumatı rəsmi şəkildə şərh etmir, lakin açıq mənbələrdə Vizar-ın həqiqətən də "Neptun" raketlərinin istehsalı ilə əlaqəli olduğu barədə məlumatlar var.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, "gecə saatlarında dənizdən yüksək dəqiqliyə malik uzaqmənzilli "Kalibr” raketləri Kiyev yaxınlığındakı hərbi obyekti vurub”. Onun sözlərinə görə, zərbə Ukraynanın zenit və gəmi əleyhinə raket komplekslərinin istehsalı və təmiri ilə məşğul olan "Vizar” hərbi obyektinə yönəlib.

Eyni zamanda, Rusiya iddia edir ki, Kiyevə atılan atəş Ukraynanın cümə axşamı Rusiya ilə sərhəd bölgələrə edilən bir neçə hücumuna cavab idi.  Digər məsələlərlə yanaşı, Rusiya rəsmiləri Ukraynanı Bryansk vilayəti ilə sərhəddəki Klimovo kəndini atəşə tutarkən 8 nəfərin yaralanmasında ittiham edib. 

"Kiyevdəki hədəflərə raket zərbələrinin sayı və miqyası Kiyev millətçi rejiminin Rusiya ərazisində hər hansı terror aktı və ya təxribat törətməsinə cavab olaraq artacaq", - Konaşenkov bu münasibətlə deyib.

Bu həftə Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya daxilindəki hədəfləri vuracağı təqdirdə "qərar qəbul edən mərkəzlərə, o cümlədən Kiyevdəkilərə” hücum edəcəyini bildirmişdi.

Kiyev rus kəndlərinin atəşə tutulmasını rədd edir və təkid edir ki, bu cür iddialar Rusiyanın Ukraynadakı müxtəlif məntəqələrə yeni hücumlarına haqq qazandırmaq məqsədi daşıyır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Rusiyanın bəyanatlarını "anti-Ukrayna isteriyası yeritmək” kampaniyası adlandırıb.

Cümə günü Ukrayna Təhlükəsizlik Xidməti rus hərbçilərindən birinin səs yazısını yayıb. Həmin lent yazısında arvadı ilə söhbətdə o, bildirir ki, Klimovo kəndinin atəşə tutulması "bizim hərəkətimizdir”. Rusiya Müdafiə Nazirliyi bu iddiaları şərh etməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Gürcüstandakı proseslərdən DANIŞDI: "Məni sadəcə heyran etdi"
Putin KTMT sammitində Trampla bağlı görün nə dedi...
ABŞ Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO