Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu
31 Oktyabr 2026, 00:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2058
13.04.2022, 15:12
Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Taleh Kazımov 1983-cü il sentyabrın 11-də Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.
O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-cü il fevral ayından 2006-cı ilin sentyabradək davam edən dövrdə Taleh Kazımov "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.
2006-cı il sentyabr ayından 2007-ci ilin yanvarınadək T. Kazımov "Ernst & Young" şirkətində auditor vəzifəsini tutub. Sonra isə 2007-ci ilin iyul ayınadək "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin Baş direktoru vəzifəsində çalışıb.
Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyul ayından başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ilin avqust ayından isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.
07.12.2011-ci ildən Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib. Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.
1 iyul 2015-ci il tarixində Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.
Taleh Kazımov 2015 – 2018-ci illərdə "PAŞA Bank Gürcüstan" ASC-nin Müşahidə Şurasının üzvü, 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar Şurasının üzvü və vitse-prezidenti olub.
Eyni zamanda 2015–2019-cu illərdə o, "PAŞA Yatırım Bankası" A.Ş.-də Direktorlar Şurasının üzvü olub. 2019-cu ildən etibarən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Direktorlar Şurasının üzvüdür.
Taleh Kazımov 2019-cu ildə "EMEA Finance" tərəfindən Şərqi Avropa və post-sovet ölkələri üzrə "Ən yaxşı baş icraçı direktor (The Best CEO)" mükafatı ilə təltif olunub.
Taleh Kazımov bu ilin aprelin 12-də Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib.
Ailəlidir, iki övladı var.
Sərxoş rus hərbçisi görün nə etdi - BİABIÇI VİDEO

15:40 / 31 Oktyabr 2026
1
15:38 / 31 Oktyabr 2026
12
15:36 / 31 Oktyabr 2026
17
15:27 / 31 Oktyabr 2026
79
13:49 / 31 Oktyabr 2026
119
13:37 / 31 Oktyabr 2026
915
13:35 / 31 Oktyabr 2026
116
13:00 / 31 Oktyabr 2026
156
12:52 / 31 Oktyabr 2026
243
12:42 / 31 Oktyabr 2026
2200
12:28 / 31 Oktyabr 2026
105
12:23 / 31 Oktyabr 2026
1151
12:10 / 31 Oktyabr 2026
92
11:42 / 31 Oktyabr 2026
119
11:40 / 31 Oktyabr 2026
374
11:36 / 31 Oktyabr 2026
459
11:34 / 31 Oktyabr 2026
86
11:15 / 31 Oktyabr 2026
1597
11:12 / 31 Oktyabr 2026
90
11:10 / 31 Oktyabr 2026
219
10:25 / 31 Oktyabr 2026
103
10:24 / 31 Oktyabr 2026
87
09:22 / 31 Oktyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.