İran yeni silahlar sınaqdan keçirib
31 Oktyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
898
11.04.2022, 21:03
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək. Məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Nikol Paşinyan başçılıq edəcək. Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, xarici işlər nazirlərinin telefon danışığından sonra liderlər səviyyəsində təmas gözlənilən idi:
"Çünki Kreml Ermənistanın onun orbitindən çıxdığını görür. Bu, Rusiyanı narahat etməmiş deyil. Cənubi Qafqaz məsələsi ilə bağlı Qərbin vasitəçilik təşəbbüslərinin artması, həmçinin İrəvanla Ankara arasında diplomatik münasibətlərin bərpası Moskvanın ürəyincə deyil. Odur ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin davam etdiyi bir vaxtda Paşinyanla görüşə də vaxt ayırmalı olur.
Liderlər səviyyəsində müzakirə olunacaq iki əsas məsələ var. Bunlardan birincisi məhz regionla bağlıdır. Çox güman, Putin Paşinyana təzyiqləri artırmağa çalışacaq. Bölgədə "suların tədricən durulduğu" bir vaxtda Kremlin əsas niyyəti proseslərin iştirakçısı olmaqdır. Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov bu günlərdə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazır olduqlarını söyləmişdilər. Həmin bəyanatlar Rusiyanın regiondakı təsir gücünün qorunması məqsədilə səsləndirilib. Səfər ərəfəsində sərhəddə təxribatın olması, gərginliyin artması istisna deyil. Bu, müzakirələr də Putinin "əlini gücləndirər"”.
Müsahibimiz deyib ki, Rusiya Ukrayna ilə müharibədə Ermənistanın açıq dəstəyindən əmin olmaq istəyir:
"Bu, İrəvanı Qərbdən "qoparmaq" üçün lazımdır. Yəqin ki, görüşdə həmin mövzuda da danışıqlar olacaq. Hətta liderlər arasında yazılı razılaşmanın əldə olunması mümkündür. Hər halda Putinin istədiyi məhz budur. Güman ki, səfərədək Qərb liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makronla Paşinyan arasında təmaslar olacaq. Onlar baş nazirə öz təlimatlarını verə bilərlər. Bu mənada İrəvan hələ də "iki od arasında" qalmaqdadır. Nikol Paşinyan üçün ən yaxşı çıxış yolu ən qısa vaxtda Türkiyə ilə diplomatik əlaqələrin bərpasıdır. Əks halda, Qərblə Rusiya arasında gedən rəqabət Ermənistanı daha ağır duruma salacaq”.
18:54 / 31 Oktyabr 2026
20
18:25 / 31 Oktyabr 2026
64
17:00 / 31 Oktyabr 2026
201
16:58 / 31 Oktyabr 2026
1065
16:52 / 31 Oktyabr 2026
94
16:50 / 31 Oktyabr 2026
101
16:45 / 31 Oktyabr 2026
159
16:22 / 31 Oktyabr 2026
732
16:06 / 31 Oktyabr 2026
505
16:02 / 31 Oktyabr 2026
395
15:52 / 31 Oktyabr 2026
132
15:40 / 31 Oktyabr 2026
101
15:38 / 31 Oktyabr 2026
223
15:36 / 31 Oktyabr 2026
95
15:27 / 31 Oktyabr 2026
903
13:49 / 31 Oktyabr 2026
171
13:37 / 31 Oktyabr 2026
1245
13:35 / 31 Oktyabr 2026
158
13:00 / 31 Oktyabr 2026
229
12:52 / 31 Oktyabr 2026
496
12:42 / 31 Oktyabr 2026
9138
12:28 / 31 Oktyabr 2026
149
12:23 / 31 Oktyabr 2026
1685
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.