Ərdoğan Zelenskini qəbul edib
31 Oktyabr 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1360
11.04.2022, 16:27
Baş nazir Əli Əsədov "Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə" sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, məqsəd ölkə ərazisində əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi, çatışmazlıqların aşkarlanması və aradan qaldırılması işinin təşkilini təmin etməkdir.
Sərəncamla Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, 6 ay müddətində Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə ölkə üzrə insanların kütləvi toplaşdığı aşağıda qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılmasını təşkil etsin:
- insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və s;
- mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində və s;
- tamaşa və mədəni-marif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.);
- əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlar və s.).
Fövqəladə Hallar Nazirliyi aparılan yoxlamaların gedişatı barədə Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat verməlidir.
19:37 / 31 Oktyabr 2026
1
19:29 / 31 Oktyabr 2026
70
19:28 / 31 Oktyabr 2026
29
19:26 / 31 Oktyabr 2026
35
19:20 / 31 Oktyabr 2026
28
19:20 / 31 Oktyabr 2026
112
19:18 / 31 Oktyabr 2026
118
19:14 / 31 Oktyabr 2026
132
19:12 / 31 Oktyabr 2026
46
19:07 / 31 Oktyabr 2026
40
18:54 / 31 Oktyabr 2026
52
18:25 / 31 Oktyabr 2026
806
17:00 / 31 Oktyabr 2026
226
16:58 / 31 Oktyabr 2026
1196
16:52 / 31 Oktyabr 2026
100
16:50 / 31 Oktyabr 2026
109
16:45 / 31 Oktyabr 2026
307
16:22 / 31 Oktyabr 2026
814
16:06 / 31 Oktyabr 2026
639
16:02 / 31 Oktyabr 2026
462
15:52 / 31 Oktyabr 2026
143
15:40 / 31 Oktyabr 2026
102
15:38 / 31 Oktyabr 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.