Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67426
az

Trampdan Baydenə İTTİHAM: “Amerika arzusunu məhv etdi”

21:4627 Mart, 2022
509
SİYASƏT
  • A


ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydeni tənqid edərək, onun administrasiyasını Ukrayna ətrafındakı vəziyyətə görə günahlandırıb.

OXU24.COM-un xarici mediaya istinadla məlumatına görə, Tramp onu Amerika arzusunu məhv etməkdə də ittiham edib.

“Amerika tarixinin ən pis beş prezidentini götürsəniz və onları bir yerə toplasanız, məlum olur ki, onların hamısı Co Baydenin cəmi 15 ayda etdiyi zərəri etməmişdir.  Bir ildən bir qədər çox müddət ərzində o, Amerika arzusunu sözün əsl mənasında öldürməyi bacardı”, - Tramp Corciya ştatının Kommers şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.

 

Eks-prezident qeyd edib ki, əgər indi ABŞ-a rəhbərlik etsəydi, Ukraynada vəziyyət indiki kimi inkişaf etməzdi və Rusiyanın xüsusi əməliyyatının qarşısını almaq olardı.

Tramp hesab edir ki, ABŞ-ın hazırda NATO ilə problemləri var, çünki onlar “Amerika təmsilçiliyinə inanmırlar”.

Bundan əlavə, Ağ Evin keçmiş rəhbərinin fikrincə, Çin prezidenti Si Tsinpin də indiki Amerika hakimiyyətinin zəifliyini görməməyə bilməz.

Daha əvvəl Respublikaçılar Partiyasının 2024-cü ildə keçiriləcək prezident seçkilərindən sonra ABŞ-da yenidən hakimiyyəti ələ alacağını iddia edən Tramp deyib: “Tayvan növbəti olacaq, çünki Çinin lideri baş verənləri, zəif rəhbərliyimizi görür”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu