Qaynar xətt:

(+99450) 247 90 86

Prezident sərəncam imzaladı: 5 milyon ayrıldı

Prezident sərəncam imzaladı: 5 milyon ayrıldı

SİYASƏT

793

14.12.2021, 09:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Prezident İlham Əliyev "Qarabağ" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Oxu24.com bildirir ki, Sərəncama əsasən, UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Qarabağ" futbol klubuna 5 milyon manat ayrılır. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.