Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54330
az

SON DƏQİQƏ! XİN Ermənistanla bağlı açıqlama yayıb

15:2222 May, 2021
886
SİYASƏT
  • A

“Öncə Ermənistan XİN-inə xatırladırıq ki, bütün bu illər ərzində beynəlxalq hüququn fundamental prinsiplərinin məhz Ermənistan tərəfindən tapdalanması, son 30 ildə iki dövlət arasında sərhədin müəyyən olunmamasının əsl səbəbidir”.

Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in suallarını cavablandırarkən deyib.

“Ermənistan XİN-in nümayəndəsinin Azərbaycanı sərhəd gərginliyində ittiham edən, Azərbaycanın guya ki, beynəlxalq hüququ pozaraq Qarabağ ərazisini işğal etdiyini iddia edən açıqlaması ilə bağlı nə deyə bilərsiniz” sualına cavab verən L. Abdullayeva bildirib ki, Ermənistanın 30 ildən sonra nəhayət, beynəlxalq hüququ yada salması ümumilikdə müsbət bir haldır:

“Lakin, Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür.

Azərbaycanı guya ki, güc tətbiq edərək, əraziləri işğal etməkdə ittiham edən Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər. Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir.

Bir daha Ermənistanı özünün istinad etdiyi beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və hər hansı fikir ayrılıqlarının həllində konstruktivlik nümayiş etdirməyə çağırırıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM
Paşinyan Azərbaycanla sülh barədə: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”
Samir Nuriyev İqor Petrişenko ilə görüşüb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi