Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51787
az

Zelenski illik gəlir deklarasiyasını açıqladı

01:4301 Aprel, 2021
2475
SİYASƏT
  • A

Ukrayna Prezidenti Vladimir Zelenski və ailə üzvlərinin 2020-ci ildə əldə etdiyi gəlir 815 000 ABŞ dolları təşkil edib.

Bu barədə Ukrayna liderinin ofisi tərəfindən dərc olunan gəlir deklarasiyasında deyilir.

Qeyd olunub ki, Kiyev yaxınlığındakı İvankoviçi kəndindəki əmlak və torpaq satışından Zelenski ailəsi 13,470,600 qrivna (təxminən 485,000 ABŞ dollar) alıb. 2020-ci ildə Ukrayna prezidentinin maaşı isə 336,000 qrivna (12,000 ABŞ dolları) təşkil edib.

Dövlət başçısı ayrıca 4,633,832 qrivna (165,000 ABŞ dolları) məbləğində qonorar (müəllif hüquqları üzrə - Red) əldə etdiyini açıqlayıb.

Zelenski ailəsinin 2020-ci ildə Ukrayna ərazisindəki əmlak icarəsindən qazancı 2,673,730 qrivna (95,000 ABŞ dolları) təşkil edib. Ayrıca, prezidentin ailəsi, depozitlər və daxili dövlət istiqrazları üzrə yığılan faizlər hesabına 442,109 qrivna (15,000 ABŞ dolları) məbləğində vəsait qazanıb.

Ukrayna Prezidenti çox sayda ticarət markasının sahibi olmaqda davam edir. Belə ki, onun 2020-ci ildə Ukraynada 13, xaricdə isə iki ticarət markası qeydə alınıb.

2020-ci il ərzində Zelenski ailəsi büdcəyə 65 min ABŞ dolları məbləğində vergi ödəyib. Zelenskinin əvvəlki bəyannaməsinə görə, 2019-cu ildə ailəsinin gəliri, daşınmaz əmlakın satışından və icarəsindən əldə olunan gəlirlər də daxil olmaqla, 1,059 milyon ABŞ dolları təşkil edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi