Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4845
az

Ağdamın yeni icra başçısı kimdir? – Tərcümeyi-hal

15:0329 Avqust, 2018
1308
SİYASƏT
  • A
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Vaqif Həsənovun tərcümeyi-halı bəlli olub.

Oxu24.com xəbər verir ki, Vaqif Bəhram oğlu Həsənov 1959-cu ildə Ağdam şəhərində doğulub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1977-ci ildə Bərdə kolxozlararası tikinti idarəsində fəhlə işləyib. 1977-79-cu illərdə hərbi xidmət keçib, 1980-cı ildən 1987-ci ilə qədər “26 Bakı komissarı” adına NQÇİ-də elektrik çilingəri kimi çalışıb.

1987-1989-cu illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatında katib, 1991-ci ilə qədər Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dinləyici kimi çalışıb.

Daha sonra “26 Bakı komissarı” adına NQÇİ-nin partiya komitəsində katib, Ə.Ç.Əmirov adına NQÇİ-nin Xüsusi şöbə rəisi, H.Z.Tağıyev adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatı rəisi, H.Z.Tağıyev adına NQÇİ-nin Kadrlar şöbəsində rəis, Nərimanov adına NQÇİ rəisinin ümumi məsələlər üzrə müavini olub.

2006-cı ildən 2011-ci ilə qədər Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti başçısının müavini, 2013-cü ilə qədər Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-cü ildən 2018-ci ilə qədər isə birinci müavini vəzifələrində çalışıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Azərbaycan və Ermənistan arasında imzalanmış protokolu alqışladı
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü