Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4578
az

"Bu qədər şərəfsizlik olmaz" - Hadi Rəcəbli od püsgürdü

14:5617 Avqust, 2018
1494
SİYASƏT
  • A
 Sosial şəbəkələrdəki bəzi səhifələr müzakirələrlə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblini gündəmə gətirib. Bu səhifələrdə deputatın adından fikirlər yayılıb və Hadi Rəcəbliyə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazlar bildirilib. Yayılan məlumatda bildirilib ki, Hadi Rəcəbli Milli Məclisin payız sessiyasında deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Sosial şəbəkələrdə yayılan bu açıqlama Hadi Rəcəblini hiddətləndirib.

Femida.az xəbər verir ki, deputat modern.az-a açıqlamasında belə fikirlər səsləndirmədiyini vurğulayıb:

"Sosial şəbəkələrdə hansısa səhifələrdə mənim adımdan yazılanlardan heç xəbərim yoxdur. Mən bu cür fikirlər səsləndirməmişəm. Bu, növbəti dəfə mənim adımdan şərəfsizcəsinə yayılan və mənə qarşı aparılan təxribatdır. Bu qədər şərəfsiz, vicdansız hərəkət etmək olmaz.
Ataların belə bir sözü var: "Yalançının evi yandı, heç kəs ona inanmadı”.

Mən dövlətim və millətim üçün çalışan insanam. Bunu rəhbərlik etdiyim komitənin iş prinsipindən də görmək olar. Məhz ötən sessiyada ən çox qanun layihəsi hazırlayan, ən çox vətəndaşlarla görüşən mən və bizim komitənin üzvləridir. Nə qədər yalandan yazmaq olar? Mən artıq məcbur olub, belə adamları, səhifələri məhkəməyə verəcəyəm. Sadəcə ömrüm boyunca heç kimə pislik etmədiyim üçün bunu hələ ki etmirəm. Mənə qarşı olan bu hücumlara son qoyulmalıdır. Nə qədər mənim adımdan yalan yazmaq olar, bəsdirin də. Hər bir şəxs ədaələt, qanun daxilində hərəkət etməlidir. Heç kəsin adından yalan yazmaq olmaz. Belə hesab edirəm ki, sonda mən bu materialların hamısını toplayıb hüquq-mühafizə orqanlarına müraciət edəsi olacağam. Mənə qarşı olan bu təxribat birinci dəfə deyil”.

Hadi Rəcəbli Mərkəzi Seçki Komissiyasına müraciət etməyəcəyini bildirib: "Bunun üçün heç bir əas yoxdur. Onu yazanların ürəyində qalacaq. Belə təhrif olunmuş fikirləri yazmaq olmaz. Bu tamamilə yalandır və böhtandır. Deputatın Lənkərandan olan seçiciləri müraciət edərək sosial şəbəkələrdə Hadi Rəcəbliyə qarşı aparılan qarayaxma kampaniyasını pisləyiblər. Onlar hüquq-mühafizə orqanlarından deputata qarşı aparılan təxribata hüquqi qiymət verilməsini istəyiblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır