Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45026
az

Milli Məclisdə deputatlar nə danışıb? -  VİDEO

18:2424 Dekabr, 2020
1031
  • A

Milli Məclisin bugünkü iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılıb.

APA TV-nin xəbərinə görə, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edib.

Bu gün Prezident İlham Əliyevin doğum günü olduğunu deyən  sədr Sahibə Qafarova bildirib ki, dövlət başçısı həyata keçirdiyi işlərlə xalqımızın dərin rəğbətini qazanıb və Azərbaycan inkişaf edən qüdrətli dövlətə çevrilib: “Ölkəmizin gələcəyi bu gün onun həyata keçirdiyi siyasətlə bağlıdır. Prezident İlham Əliyev sərkərdəlik məharəti ilə Vətən Müharibəsində qazanılan qələbənin memarıdır. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, çiçəklənəcək”.

Daha sonra sədr, işğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrıldığını, gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsinin diqqət mərkəzində olacağını bildirib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə hesab edir ki, bütün dünya üçün 2020-ci il itirilmiş il olsa da, Azərbaycan üçün qazanılmış il olacaq: “Aparılacaq vaksinasiya 2021-ci ilin ikinci yarısından iqtisadi aktivliyi artıracaq. Bu da neft qiymətlərinə öz müsbət təsirini göstərəcək. Ona görə də 2021-ci ilin büdcəsində neftin 1 barelinin 40 dollar götürülməsi məqsədəuyğundur”.

Gələn ilin dövlət büdcəsində koronavirus pandemiyası ilə mübarizənin davam etdirilməsi üçün də əlavə vəsaitin ayrıldığını deyən Maliyyə naziri Samir Şərifov  bildirib ki, bu məbləğ 261 milyon manat nəzərdə tutulub: “Sosial iqtisadi tədbirlərin davam etdirilməsi, iqtisadi fəallığa dəstək tədbirlərinin həyata keçirilməsi üçün müvafiq olaraq 161 milyon manat və 288 milyon manat vəsait ayrılıb”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, Qarabağa böyük qayıdış, işğaldan azad edilmiş torpaqların bərpa edilərək Azərbaycan iqtisadiyyatına transferinin gerçəkləşdirilməsi gələcəkdə iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcək: “Bizim hazırda əsas dövlət siyasətimiz bu ərazilərin bərpa edilməsi, vətəndaşların öz torpaqlarına qayıtmasıdır. Pandemiyadan sonra dünya iqtisadiyyatının canlandırılması fonunda ölkə iqtisadiyyatının da qeyri-neft sektorunun inkişafı planlaşdırılır”.

Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsinin qorunub saxlanıldığını deyən Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, əgər cari ildə bu məsələyə gedilmədisə, indi bu məsələnin aktuallığını düşünmək olmaz: “Ölkədə makroiqtisadi proqnozlar hazırlanarkən hər təşkilat özünün proqnozunu təqdim etdi. Bununla bağlı da pul kredit siyasəti müəyyənləşib. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Qoy heç kim aktivliyimizə xələl gətirməyə çalışmasın”. 

Mərkəzi Bankın sədri onu da bildirib ki, bütün ərazilərimizdə manatın işləməsi təmin olunacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Nuriyev İqor Petrişenko ilə görüşüb
Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi