Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4468
az

“Sevincdən qızımla ağlamağa başladıq” - İlqar Məmmədovun xanımı

14:4113 Avqust, 2018
1210
SİYASƏT
  • A
 REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra bu gün azadlığa buraxılıb.

Oxu24.com xəbər verir ki, İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova musavat.com-a keçirdiyi hisslərlə bağlı bunları deyib:

“İnanın ki, bu xəbərə çox çətinliklə inandım. İlk öncə şok oldum. Sonradan bu xəbərin sevincindən qızımla ağlamağa başladıq. Həmin an qızıma xəbər verdim. Qızım da donub qaldı və tez-tez soruşur ki, bu xəbər doğrudur.Hələ də deyir ki, bəlkə səhv xəbər veriblər. Qarmaqarışıq hisslərlə qarşıladıq. Belə bir xəbərin bizi gözləyəcəyinə inanmırdıq.

Onu da deyim ki, bu məhkəmə Avropa Məhkəməsinə görə oldu. Bu məhkəmənin qərarı var idi ki, proseslər səhv keçirilib. Qərarın ləğv olunması tələbi var idi. Bildiyiniz kimi, Ali Məhkəmənin Plenumunda qərarlar ləğv olundu və iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarıldı. Bu məhkəmə də belə bir qərar verməli idi və doğru da qərarı verdi. Amma tam azad etmədilər. İlqarın il yarım cəzası qalıb, amma iki il şərti cəza veriblər. Bu, çox müəmmalı qərardır. Amma istənilən halda əsası odur ki azadlıqdadır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sahibə Qafarova Sinqapurda səfərdədir
İran Azərbaycandan nə istəyir? – AÇIQLAMA
“Paşinyan “sülh göyərçini” kimi özünü nümayiş etdirməyə çalışdı”

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO