Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
432
az

Nərimanovda görüş - “Prezidenti seçmək üçün xalqın düşünüb-daşınmasına ehtiyac yoxdur”

22:0609 Aprel, 2018
1406
SİYASƏT
  • A
 Bu gün aprelin 11-də  keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Nərimanov rayonunun sakinləri ilə növbəti görüşü keçirilib.

“Oxu24.com” xəbər verir ki, görüşdə  YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Adil Əliyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbiri Təmraz Tağıyev açaraq YAP namizədi İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda, istərsə də bütün dünyada qazandığı uğurlardan danışıb.

O, bu və ya diigər uğurların davamı üçün hər kəsi İlham Heydər oğlu Əiyevə səs verməyə çağırıb.

Əhməd Vəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir.

“Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olur, onların bir çoxunun ampluası praktik rəhbərlikdən çox da uzağa gedə bilmir, yaxud da hər hansı bir istiqamətin inkişaf etdirilməsi ilə səciyyələnir. Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu lider olmaqla bir sırada həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara, hərtərəfli bacarıqlara  malik olan mükəmməl dövlət xadimidir”.

Ə. Vəliyev bildirib ki, bütün bunlara görə ölkənin rəhbərini seçmək üçün Azərbaycan xalqının yenidən düşünüb-daşınmasına xüsusi bir ehtiyac yoxdur.

Xalqımız Prezident seçkilərində özünün qəti seçimini edərək İlham Əliyevi yenidən prezident seçəcək.

Milli Məclisin deputatları Hikmət Babaoğlu və Adil Əliyev bildiriblər ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərin arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onların sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir. Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mütləq üstünlüklər əldə edib. Bu uğurların davamı naminə hər bir azərbaycan vətəndaşı 11 apreldə keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verməlidir.
Tədbirin sonunda xatirə şəkli çəkilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Himni dəyişmək istəyən deputat: “Mən indi camaatın içinə necə çıxım, məni gör nə günə qoydular”
Səlim Müslümova yeni vəzifə verildi
Tələbə xanəndə Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu