Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
422
az

Prezidentliyə hansı namizəd daha çox dil bilir

17:1109 Aprel, 2018
3054
SİYASƏT
  • A
 2 gün sonra, aprelin 11-i Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ölkə prezidenti postu uğrunda 8 namizəd mübarizə aparacaq. Seçki prosesində namizədlər Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müəyyən olunan zamanda təbliğat-təşviqat işlərinə zaman ayırıblar. Namizədlərin xarici əlaqələrlə bağlı səsləndirdiyi fikirlər də önəmlidir. Bəs görəsən prezidentlik uğrunda mübarizə aparan namizədlər hansı xarici dilləri bilir?

Modern.az məsələ ilə bağlı sorğu keçirib.

Rəsmi məlumata görə, Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin köməkçisi deyib ki, Hafiz müəllim Azərbaycan, rus dillərini yaxşı səviyyədə, müəyyən qədər də türk dilini bilir. "Hafiz Hacıyevin uşaqlığı Ermənistanda keçdiyi üçün erməni dilini də bilir”,-deyə köməkçi bildirib.

Prezidentliyə namizəd, Milli Məclisin deputatı Zahid Oruc: "Mən rus və ingilis dillərini normal danışıq səviyyəsində bilirəm”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli deyib ki, Qüdrət bəy ingilis və rus dillərini yaxşı səviyyədə bilir.

Azərbaycan Sosial Demokrat Partiyasının prezientliyə namizədi, deputat Araz Əlizadə:

"Ana dilim Azərbaycan dili ilə yanaşı rus, ukrayın, fars, tacik və türk dilini mükəmməl səviyyədə bilirəm. İngilis dilini isə məişət səviyyəsində bilirəm. Mən deyəndə ki, hansısa dili bilirəm, demək o dilə mükəmməl səviyyədə yiyələnmişəm”.

Prezidentlyə namizəd, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu:

 "Mən Azərbaycan dilinin qrammatikasını çox yaxşı şəkildə bilirəm. Rus dilində oxuyuram, tərcümə edirəm, bir az zəif də olsa danışıram. Mənim dil öyrənmə qabiliyyətim zəifdi”.

Milli Dirçəliş Hərəkatı Partiyasından prezidentliyə namizəd, deputat Fərəc Quliyev:

"Rus dilini yaxşı bilirəm, alman dilini də müəyyən qədər bilirəm. Təbii ki, Türkiyə türkcəsini də başqa dil hesab etmirəm”.

"Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev:

"Azərbaycan dilinin mükəmməl səviyyədə bilirəm, rus, ingilis və fransız dillərini əla bilirəm. Bundan başqa,  alman dilini də danışıq səviyyəsində bilirəm. Türkiyə türkcəsindədə çox yaxşı danışıb-yazıram”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu