Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4197
az

Yerevan Kremlin qəzəblənməsinə reaksiya verdi

18:1502 Avqust, 2018
685
  • A
 Ermənistan hazırkı baş katib Yuri Xaçaturova qarşı ittiham elan edildikdən sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibliyinə olan kvotanı saxlamağı planlaşdırır.

Oxu24.com xəbər verir ki, bu fikirləri RBK-ya açıqlamasında Ermənistan baş nazirinin mətbuat katibi Arman Eqoyan deyib.

“Kvota 2020-ci ilədək Ermənistana aiddir”, - Eqoyan deyib. O qeyd edib ki, təşkilatın yeni baş katibi bu ölkədən seçilməlidir.

Ermənistan Xarici İşlər Nazirliyindəki mənbədən RBK-ya verilən məlumata görə, 2008-ci il 1-2 martda baş verən hadisələrlə bağlı istintaq Ermənistanın daxili işidir.

Xatırladaq ki, “Kommersant” qəzetinin Rusiyanın dövlət strukturlarına istinadla yaydığı məlumata görə, Kreml Xaçaturovun Ermənistanda istintaqa cəlb edilməsinə qəzəblənib, Ermənistanın hazırkı rəhbərliyinin sabiq hakimiyyət nümayəndələrini təqib etməsi isə Moskva və Yerevanın münasibətlərinə ciddi zərbə vura bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Sülh sazişi imzalanacaq, Paşinyan Bakıya gedəcək” - SENSASİON AÇIQLAMA
Zelenskidən Fələstin AÇIQLAMASI:
Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda 3 kuryerdən 11 kq heroin, marixuana və metamfetamin aşkarlandı - VİDEO