Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
416
az

Vəzifə başında ölən məmurlar...

15:5509 Aprel, 2018
1373
SİYASƏT
  • A
 Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bu gün 71 yaşında vəfat edib. Onun qəfildən dünyasını dəyişdiyi bildirilir.

Oxu24.com  xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu, yüksək vəzifəli məmurun vəzifədə olduğu zaman öldüyü ilk hadisə deyil.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov da vəzifə başında dünyasını dəyişən yüksək ranqlı şəxslər sırasındadır. O, bu il fevralın 18 vəfat edib.

Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatını da xatırlamamış olmazsınız. N.Əliyev ötən iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra müalicə üçün Türkiyəyə aparılmışdı. Türkiyə “Florence Nightingale” klinikasına yerləşdirilən N.Əliyev iyunun 8-də beyin insultu keçirmiş və dünyasını dəyişmişdi.

Arif Vəliyev Dövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsini tərk etmədən ölmüşdü. O, 2014-cü il iyunun 23-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. A.Vəliyev 1993-cü ilin mayından ölən günə kimi həmin vəzifədə çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov 2013-cü fevralın 10-da ürəktutmasından dünyasını dəyişəndə elə himn postda çalışırdı. 65 yaşında vəfat etmiş M.Kərimov xüsusi təyyarə ilə Türkiyəyə aparılanda elə yoldaca keçinmişdi.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edəndə istirahətdəydi. O, 2017-ci il iyulun 7-də Qusar rayonunda dincələrkən ürək tutmasından dünyasını dəyişib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva     başsağlığı     verdi
Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi