Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40219
az

Balans dəyişir: “Vaşinqtondan Türkiyəyə Qarabağ dəstəyi…” – Müsahibə

23:0715 Oktyabr, 2020
750
SİYASƏT
  • A

“ABŞ Rusiya və Fransadan daha uğurlu mövqe seçib: Vaşinqtonun balanslı münasibəti ona həm daha çox manevr imkanları verir, həm də gələcəkdə münaqişənin həllində əsas söz sahibi olmaq şansı yaradır. Digər tərəfdən də Vaşinqton istər Parisin, istərsə də Moskvanın ona geosiyasi rəqib olmaq iddialarını yaxşı anladığından, onlara hələlik ABŞ-ın iştirakı olmadan fəaliyyət göstərmək üçün meydan verib ki, Fransa ilə Rusiya da bu meydanda durmadan özlərini nüfuzdan salmaqdadırlar”.

Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ərəstun bəy, əvvəlcə Dağlıq Qarabağda əməliyyatların bərpa edilməsini şərtləndirən geosiyasi durumu izah edərdiniz. Yəni durumun bu yerə çatmasını hansı amillər şərtləndirdi?

- Geosiyasi vəziyyət əvvəl təsvir etdiyimiz kimidir, yəni Rusiya Cənubi Qafqazdan keçməklə Yaxın Şərqə çıxmalıdır və bu məqsədlə seçdiyi marşrut da Gürcüstan, Ermənistan və Azərbaycanın işğal altında olan torpaqları üzərindən İrana uzanır. Təsadüfi deyil ki, artıq bəzi rus ekspertlər də son günlər yeni geosiyasi proseslər haqda açıq danışmağa başlayıblar. Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə başlaması bu planı ciddi təhdid altına qoyduğundan Kremlə yaxın təbliğatçıların, ekspertlərin və hətta bu ölkənin bəzi rəsmilərinin də Azərbaycana qarşı qəzəbli fikirləri düşünürəm ki, təsadüfi deyil.

Azərbaycanın məhz indi öz torpaqlarını azad etməyə başlaması da bu mənada təsadüf kimi görünməməlidir, çünki Rusiyanın geosiyasi iddialarını təmin etməli olan məlum Şimal-Cənub dəhlizi işə düşəndən sonra ölkəmizin ərazi bütövlüyü məsələsi arxa plana keçə və hətta birdəfəlik tarixə qovuşa bilər. Ona görə də biz yaxın zamanlarda Kremldən daha sərt reaksiyalar gözləməliyik, amma düşünürəm ki, hələlik onlar daha çox ritorik xarakter daşıyacaq. Səbəb isə Moskvada gedən və günü-gündən kəskinləşən hakimiyyət davasıdır ki, bu da özünü bizim hərbi əməliyyatlara münasibətdəki fərqlərdə açıq-aydın göstərməkdədir. Təsadüfən bayaqdan Kreml demirəm, çünki Rusiya hakimiyyətinin hərbi qanadı da mövcuddur ki, ona yaxın media və ekspertlər də Qarabağda gedən antiterror əməliyyatlarına münasibətdə daha ehtiyatlı mövqe sərgiləyirlər. Burdan da belə qənaətə gəlmək olar ki, Azərbaycanla Ermənistan arasında gedən savaşa münasibətdə Moskvada vahid mövqe yoxdur və bu da bizim üçün hər bir halda əlverişlidir.

- Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın münaqişənin həlli ilə bağlı dördlü formatdan danışdı. Söhbət Türkiyənin Minsk Qrupuna həmsədr qismində cəlb edilməsindən gedir. Belə bir gözlənti özünü doğrulda bilərmi?

- Mən perspektivdə belə bir formatın baş tutacağı barədə çox da optimist deyiləm, çünki Türkiyənin həmsədr olması onun böyük siyasətdə söz sahiblərindən biri kimi çıxış etmək şansı deməkdir ki, bu da tərəflərin heç birini qane etmir. Əlbəttə Azərbaycanı çıxmaq şərtilə. İstər Rusiya, istərsə də onun sateliti olan Ermənistan buna heç vaxt razı olmaz. Fransanın Türkiyəyə indiki mərhələdəki münasibəti o dərəcədə emosional və mənfidir ki, o, ümumiyyətlə siyasi və beynəlxalq münasibətlər sisteminin özündən də kənara çıxır. Türkiyənin bölgədəki roluna nisbətən daha loyal münasibət sərgiləyən ABŞ-ın da Ankaranın böyük siyasətdə rol oynamasına razı olacağı hələlik inandırıcı görünmür. Amma düşünürəm ki, Azərbaycan münaqişə tərəflərindən biri kimi Türkiyənin həmsədrliyində israrlı olmalıdır.

- Fransa niyə münaqişəyə yanaşmada açıq – işğalçını dəstəkləyən mövqe sərgilədi? Fransa Prezidenti Makron Ermənistanı dəstəklədiyini bildirsə də, bu ölkənin Xarici işlər naziri Jan-İv Lö Dryan dedi ki, rəsmi Paris bitərəf qalmalıdır. Bunu necə başa düşmək lazımdır?

- Görünən budur ki, mövcud ABŞ administrasiyasının yürütdüyü antiqlobalist xarici siyasət doktrinasından ruhlanan Paris qlobal siyasətdə söz sahibi olmaq istiqamətində böyük iddialar qurub, amma bu yolun nə dərəcədə çətin olduğunu dəqiq hesablaya bilməyib. Fransanın maraqlarını reallaşdırmaq istəyən Makron hökuməti təkcə erməni işğalını dəstəkləmir, eyni zamanda Liviyada bu ölkənin BMT tərəfindən tanınmış hökumətinə qarşı savaşan qiyamçı Xəlifə Haftarı da dəstəkləyir. Yəqin Parisdə düşünürlər ki, əsas məsələ məqsədlərə çatmaqdır və bunun üçün də istənilən vasitələr məqbul sayıla bilər. Amma gördüyümüz kimi nəinki Liviyada, həm də Şimali Afrikada, Şərqi Aralıq dənizi hövzəsində və Yaxın Şərqdə Türkiyəyə qarşı ciddi güc ortaya qoya bilmədiyindən Paris sanki bunun əvəzini Qafqazda çıxmaq istəyir.

Amma sadaladığım bölgələrdə - buna Böyük Orta Doğu desək daha dəqiq olar – heç bir geosiyasi uğura imza ata bilməyən Makron hökumətinin Cənubi Qafqazda nəsə əldə edə biləcəyi sadəcə gülünc görünür. Digər tərəfdən də Vaşinqtonun Türkiyənin geosiyasi aktivliyinə nisbətən sakit yanaşması Parisdə qıcıq yaradır. Qıcıq isə real siyasət vasitələrinin ya məhdud olmasının, ya da tükənməsinin əlamətidir. Başqa sözlə, bu, emosiyadan başqa bir şey deyil. Belə anlamaq olur ki, Fransa hökumətində də bütün bu məsələlərə daha rasional və realist yanaşanlar var ki, bu da özünü bizim bölgəyə fərqli münasibətlərdə aydın göstərir. Bir növ Moskvadakı yanaşmalarda olduğu kimi.

- Digər həmsədr ölkə - Rusiyanın da mövqeyi bəllidir. Bəs ABŞ bu prosesdə hansı yerdə durur?

- ABŞ digər iki ölkədən daha uğurlu mövqe seçib: Vaşinqtonun balanslı münasibəti ona həm daha çox manevr imkanları verir, həm də gələcəkdə münaqişənin həllində əsas söz sahibi olmaq şansı yaradır. Digər tərəfdən də Vaşinqton istər Parisin, istərsə də Moskvanın ona geosiyasi rəqib olmaq iddialarını yaxşı anladığından, onlara hələlik ABŞ-ın iştirakı olmadan fəaliyyət göstərmək üçün meydan verib ki, Fransa ilə Rusiya da bu meydanda durmadan özlərini nüfuzdan salmaqdadırlar. Belə dinamika isə ABŞ-ın maraqlarına xidmət edir. Amma Vaşinqtonun prosesdə olmadığını düşünmək də sadəlövhlük olardı: ABŞ ən azı öz yaxın müttəfiqləri olan Türkiyə və İsrailin Yaxın Şərqdəki rolunun güclənməsində maraqlı olmalıdır və görünən də budur ki maraqlıdır.

- Bəllidir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və ya Rusiyanı bu prosesə cəlb etmək istəyir. İrəvanın bu cəhdləri baş tuta bilərmi?

- Belə bir ssenarinin İrəvanın iradəsindən asılı olduğunu düşünmürəm. Əlbəttə xüsusilə indi, Ermənistan ordusu məğlubiyyətə uğradığı bir vaxtda Moskvanın və ya KTMT-nin müdaxiləsi İrəvana ciddi dəstək olardı, amma burada hər şey düşündüyümüz kimi sadə deyil. Yuxarıda qeyd etdiyim kimi, bir tərəfdən Rusiya hərbiyyəsi hələ ki, müdaxilədə maraqlı görünmür, digər tərəfdən isə Qərbə bağlı qalmaqda israrlı görünən Paşinyan hökuməti Rusiyadan Azərbaycana qarşı vasitə kimi istifadə etmək istəyir. Amma İrəvanın buna nail olmaq şansları yox dərəcəsindədir. Rusiya prosesə yalnız bir halda cəlb oluna bilər ki, bu da müdaxiləni Rusiyanın marağının tələb etməsidir. Qaldı KTMT-yə, heç burada da hər şey hamar deyil. KTMT-nin nizamnaməsinə görə, hətta sülhməramlı əməliyyatın həyata keçirilməsi üçün də bu təşkilata üzv olan bütün ölkələrin razılığı, yəni konsensus lazımdır. Hətta bu da əldə olunacağı halda belə KTMT münaqişə bölgəsinə sülhməramlı qüvvələr yeritmək üçün BMT-dən müvafiq mandat almalıdır. Belə mandatın verilməsi isə bugünkü geosiyasi şəraitdə sadəcə qeyri-mümkündür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı