Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39693
az

Ərdoğan: “Türkiyə əlindəki bütün imkanları ilə Qafqazdakı bu qanlı oyunu pozmağa hazırdır”

22:0105 Oktyabr, 2020
790
SİYASƏT
  • A

“Ermənistanın Azərbaycanda törətdiyi insanlığın üzqarası olan qətliamları bu günədək cəzasız qalıb. Beynəlxalq təşkilatlar isə Azərbaycanın Qarabağ torpaqları Ermənistan tərəfindən işğal edilərkən təəssüf ki, bu alçaqlıq qarşısında susub”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet toplantısından sonrakı çıxışında belə deyib.

Türkiyə Prezidenti bildirib ki, ATƏT-in Minsk qrupuna üzv olan ABŞ, Fransa və Rusiya 30 ilə yaxındır bu problemi həll etmədiyi üçün Azərbaycan xalqı həm işğalın, həm də itkilərinin ağır nəticələrini yaşayıb: “Ermənistan budəfəki təcavüzündən gözləmədiyi cavab aldı. Azərbaycan ordusu sürətlə hərəkətə keçdi və indiyədək Qarabağ torpaqlarının bir hissəsi işğaldan qurtarıldı”.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanı öz mübarizəsində haqlı sayıb və yenə də qardaş ölkənin yanındadır: “Bütün qəlbimizlə qardaş Azərbaycan xalqının yanındayıq. Hər bir qüruru olan  ölkə də işğal altında olan bir ölkəyə dəstək verməldir”.

Türkiyə Prezidenti regiondakı quldur dövlətlərin sülhü və sabitliyi pozduğunu və dünyanın artıq belə terrorçu dövlətlərin zülmünü çəkə bilmədiyini də vurğulayıb: “Türkiyə əlindəki bütün gücü və imkanları ilə bu qanlı oyunu pozmağa hazırdır. Bunun üçün də dünya 5-dən böyükdür deyirik. Qafqazın son 30 ildir ən önəmli böhran məsələsi olan Qarabağ probleminin bu şəkildə həlli həm tarixin, həm hüququn, həm də həqiqətlərin zərurətidir. Əks təqdirdə regiondakı bu problemi həll etmək mümkün deyil. Azərbaycanlı qardaşlarımıza qəzanız mübarək olsun deyirik və haqlı mübarizələrində zəfər çalana qədər yanlarında olduğumuzu vurğulayırıq”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XİN Braziliya və Əfqanıstana başsağlığı verdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı