Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
349
az

Ağacan Abıyev Orduxanı rinqə çağırdı

11:3507 Aprel, 2018
1389
SİYASƏT
  • A
 Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin İntizam komissiyasının sədri, 80 yaşlı deputat Ağacan Abiyev Hollandiyada yaşayan və Azərbaycan əleyhinə kampaniya aparan videobloqer Orduxan Teymurxanla döyüşmək üçün onu rinqə çağırıb.
 
Oxu24.com -un  sfera.az-a istinadən xəbərinə görə, deputat bildirib ki, Orduxan Teymurxan özünü idmançı kimi təqdim etsə də, onun idmanla heç bir əlaqəsi yoxdur:

"Mən bu yaşımda Orduxan Teymurxan və digərlərilə rinqə çıxmağa hazıram. Mən onlarla istənilən rinqə çıxa bilərəm. Əgər kişidirlərsə, cəsarətləri varsa, gəlib rinqdə mənə cavab versinlər. Daha qaçıb onun-bunun dalında gizlənməklə deyil. Ay Orduxan Teymurxan, heç olmasa azərbaycanlı olmağını kişilik edib göstər və qorxmadan gəl mənimlə döyüş. Baxmayaraq ki, onlardan yaşca çox böyüyəm, amma bu, məni qəti narahat etmir. Mən istənilən vaxt onlarla rinqə çıxmağa qadirəm".

Ağacan Abiyev qeyd edib ki, ağırlıq qaldırmaq idmançı olmaq deyil:

""Kulturist"ə idmançı deyən Orduxan kimi adamlar ola bilər. "Kulturist" idman deyil, əksinə, insanın sağlamlığına ciddi ziyan vuran hərəkətdir. "Kulturistlər"in beyni inkişaf etmir. Çünki onların beynini qidalandırmağa qan çatmır. Bunu mən demirəm, fizioloji baxımdan belədir. Bununla məşğul olan adamların qanı ancaq əzələlərin inkişafına sərf olunur. Ona görə də beyinə qan çatmır. Bu, fiziologiyadır. Bunu mən fikirləşmirəm. Ona görə də özlərini idmançı adlandıran bu cür adamlar ilk növbədə gedib ciddi idmanla məşğul olsunlar. Heç olmasa, gedib bir dəfə Azərbaycan çempionu olsunlar, sonra nə isə danışsınlar".

Orduxan Teymurxan və digər bir qrup şəxsin Almaniyada təxribat törətməyə çalışdığını vurğulayan deputat bunun xaricin göstərişi olduğunu söyləyib:

 "Bu adamlar Vətən, dövlət nədir qanmırlar. Ona görə də Azərbaycanın əleyhinə satqınlıq edirlər, dövlətin adına ləkə gətirməyə çalışırlar. Özlərinin bir bacarığı yoxdur, Azərbaycanın adlı-sanlı idmançılarına ləkə atırlar. Orduxan idmançılarla danışmaq istəyirsə, gəlib mənimlə danışsın. Mən də idmançı və professoram. Onu rinqə də çağırıram”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu