Qaynar xətt:

(+99450) 247 90 86

Mehriban Əliyeva xalqı təbrik etdi

SİYASƏT

554

15.06.2020, 08:22

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Instagram” səhifəsində paylaşım edib.

Oxu24.com xəbər verir ki, paylaşımda deyilir:

Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!