Qaynar xətt:

(+99450) 247 90 86

“Rusiya heç vaxt ABŞ-ın dostu olmayacaq” - ABŞ rəsmisi

SİYASƏT

1470

06.04.2018, 15:40

\"\" \"Rusiya heç vaxt ABŞ-ın dostu olmayacaq. Çünki iki ölkə arasında inam yoxdur\". Oxu24.com xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib: “Ölkəmizdə mübahisələr gedir ki, Rusiya bizim dostumuzdur, yoxsa yox. Əslində, sual yanlışdır. Belə ki, Rusiya heç vaxt dostumuz olmayacaq. Lakin bu o demək deyil ki, biz onlarla işləmək istəmirik”. Daimi nümayəndənin sözlərinə görə, Vaşinqton ona sərfəli olanda Moskva ilə əməkdaşlıq edir, lazım gəldikdə isə zərbə endirir: “Biz inanmadıqlarımızla dost olmaq istəmirik. İndi Rusiya ilə ABŞ arasında inam yoxdur”. Qeyd edək ki, ötən ay Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Heyli öz çıxışlarında daim Moskvaya müraciət edir. Siyasətçi, hətta Heylinin bir çıxışında 22 dəfə Rusiyanın adını çəkdiyini hesablamışdı.