Dövlət tərəfində hər dəfə pensiyalar artırılsa da yenə də yaşlı insanlarımız yenə də işləməyə davam edir. Başqa dövlətlərə nisbətən Azərbaycanda verilən pensiya ailə dolandırmaq üçün yetərli hesab olunmur.
Oxu24.com xəbər verir ki, bununla bağlı sonxeber.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev qeyd edib ki, orta əmək haqqı aşağı olan ölkədə heç zaman pensiya yuxarı ola bilməz:"Pensiya əmək haqqına bağlı olur: "Azərbaycanda bu gün orta əmək haqqı 525 manatdır. Amma böyük əksəriyyətinin aldığı maaş 525 manatdan aşağıdır. Bizdə bir çox insanın aldığı təxmini maaş 300 manatdır. Bura müəllimlər, həkimlər və başqaları daxildir. Belə olan halda insanlarımıza verilən pensiyaların miqdarı yuxarı ola bilməz. Avropada hər 3-4 işləyənə bir pensiyaçı düşür. Amma bizdə pensiyaçılarla işləyənlərin sayı demək olar ki, eynidir. Pensiyaların artımı üçün ilk öncə bu problemi aradan qaldırmaq lazımdır. Çünki bu cür vəziyyət pensiyaların verilməsinə böyük əngər yaradır. Nə qədər artım olsa da pensiyalar aşağı olacaq. Pensiyanın artması üçün ilk öncə orta əmək haqqı artırılmalıdı. Təkcə qanunvericiliyi dəyiməklə problemləmin həlli mümkün deyil. İnsanların aldığı əmək haqqı artmalıdır ki, onun qarşılığında pensiyalar da qalxsın.
Samir Əliyev onu da vurğulayıb ki, Azərbaycanda yaşlı insanlara yanaşım düzgün deyil. Əgər qocalmısansa evdə nəvələrinə baxmalısan. Amma başqa dövlətlərdə bu belə deyil. Onlar evdə oturmaq əvvəzinə müxtəlif ölkələrə səyahət edir və yaxud da işlərinə davam edirlər. Amma bizdə işə qəbul zamanı təcrübəyə deyil, yaşa baxırlar. İlk öncə bu tendensiya aradan qaldırılmalıdır. Problem yaşlı insanların işləməsi deyil. Onların harda işləməkləridir. Pensiya yaşına çatan adam işləmək istəyir. Niyə də buna qadağan qoyulsun. Bu yaxınlarda baş verən qəza nəticəsində bir yaşlı xanım həyatını itirdi. Onun əvəzində cavan bir insan ola bilər. Problem işin nə qədər təhlükəli olması ilə bağlıdır. Bu gün kifayyət qədər pul xərclənir. Niyə belə yerlər üçün avadanlıqlar alınmır. Yolların təmizlənməsi üçün əl əməyindən istifadə olunur. Düşünürəm ki, təhlükəli yerlərdə avadanlıqlardan istifadə olunmalıdır". Oxu24.com
ŞƏRHLƏR