Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2771
az

Detallar açıqlandı: Günnüt uğrunda 3 gün döyüş gedib

19:1410 İyun, 2018
7663
  • A
 Ələ keçirilən yüksəliklərin bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 1500 və 2000 metrə çatır ki, bu da hərbi nöqteyi-nəzərdən çox böyük strateji əhəmiyyət kəsb edir.

Oxu24.com xəbər verir ki, bunu Axar.az-a Azərbaycan Ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam əlinə alması və bir sıra yüksəklikləri azad etməsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Azərbaycan Ordusunun son əməliyyatlar nəticəsində qarşısına qoyduğu bütün məqsədlərə çatdığını deyib:

"Əlbəttə ki, Azərbaycanın Ordusu düşmənin xain hərəkətlərinin qisasını bir gün alacaqdı. Son iki ayda aparılan ciddi hazırlıqlardan sonra növbəti əməliyyat da uğurla nəticələndi. Əməliyyat təkcə Günnüt deyil, daha iki kəndin tutduğu əraziləri əhatə edirdi. Çox ciddi döyüşlər nəticəsində Azərbaycan tərəfindən cəmi bir itki oldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində 11 min hektar ərazini ermənilərdən azad etdi. Ermənilər həmin ərazidə çox az sayda hərbi postlar qurmuşdular, ona görə də buranı neytral bölgə adlandırırdılar. Bütün bunlara baxmayaraq, döyüş əməliyyatları başlayan zaman əraziyə Ermənistan ordusunun yeni dəstələri də cəlb edilmişdi. Ancaq Naxçıvan Əlahiddə Qoşunu müasir döyüş üsulları və texinkası hesabına qısa müddətdə ermənilər geri oturtdu. Nəticədə Ermənistanın nəzarət etdiyi, əslində isə Naxçıvana məxsus olan və Günnüt kəndi də daxil olmaqla sonradan neytral zona kimi tanınan ərazilər azad olundu”.

Politoloq bildirib ki, strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır:

"Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması həm də Azərbaycan Ordusunun yeni döyüş yüksəkliklərinə sahiblənməsi prosesini təmin edir. Çünki həmin yüksəkliklərdən İrəvana qədər olan əraziyə və İrəvan-Yexeqndzor-Laçın-Xankəndi yoluna tam nəzarət etmək və buradan istənilən zərbəni endirmək imkanlarını təmin edən ərazi artıq ordumuzun nəzarətindədir. Azərbaycan bununla döyüş meydanında çox böyük strateji qələbə əldə edə və lazım gələrsə, düşmənin təhdidlərinə qarşı bu ərazilərdən istifadə etməklə Ermənistana, Dağlıq Qarabağ və işğal altında olan ərazilərə güclü raket və artilleriya zərbələri endirə biləcək”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan BMT-də Qarabağdan danışdı
Rusiyadan Azərbaycana və Ermənistana Qarabağla bağlı ŞOK xatırlatma:Atəşkəsin 25 ili...
Paşinyanın qarşısına hansı tələb qoyuldu? - Vyana görüşünün DETALLARI AÇILDI

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi