Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
274
az

Heydər Əliyev Xamneyini belə mat vəziyyətə salmışdı - Tarixin gizli qalan səhifəsi

11:3505 Aprel, 2018
2613
SİYASƏT
  • A
 

Keçmiş Xarici İşlər Naziri Vilayət Quliev yazıb:

İrana səfər zamanı ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xamneyidən soruşdu.

- Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xamneyinin doğulduğu kənd -V.Q.) nə var, nə yox?

- Sən Xamnəni də bilirsən? - deyə İranın ali dini rəhbəri təəccübləndi.

- Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir. Həm də təkcə sizin vətəniniz kimi yox. Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundov da əslən Xamnədəndir. Sizin həmkəndlinizdir. Axundovun adını eşitmisiniz?

- Eşitmişəm, - deyə Xamneyi həvəssiz cavab verdi.

... Nəhayət, söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xamneyi artıq İranın rəsmi dövlət dili sayılan farscaya keçmişdi. Burada təəccüblü bir şey yox idi. Təəccüblü olan onun nitqinin rus dilinə, həm də çox naşı və bisavad şəkildə tərcümə edilməsi idi. Ortada bir anlaşılmazlıq havası yaranmışdı. İki-üç cümlədən sonra Heydər Əliyev tərcüməçiyə hökmlə “Podojdite!” - deyib söhbəti dayandırdı. Üzünü İranın ali dini rəhbərinə tutaraq soruşdu:

- Ağayi Xamneyi, bir az əvvəl biz sizinlə öz ana dilimizdə danışırdıq. Başa düşürəm ki, bura İran dövlətidir. Siz də onun lideri kimi rəsmi söhbətlərinizi fars dilində aparmalısınız. Amma niyə tərcümənin ruscaya edildiyini başa düşmürəm.

- Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili urus dilidir?! - deyə Xamneyi sifətinə sadəlövh görkəm verərək təəccübünü bildirdi.

- Ay kişi, - Heydər Əliyev onun özünü bilməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi.
- Heç şurəvi vaxtında da Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt bizim Konstitusiyamızda yazılmışdı ki, dövlət dilimiz ana dilimizdir. Biz hətta Moskvanın təzyiqləri altında da onu qorumuşuq, inkişaf elətdirmişik. Bu dildə nə qədər kitablar, qəzetlər çıxıb. Müstəqillik qazanandan sonra isə hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə olunur! Başım çıxmır, haradan sizin ağlınıza gəlib ki, Azərbaycan Respublikasının dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm, amma dünyanın hər yerində rəsmi danışıqları yalnız Azərbaycanın dövlət dilində aparıram...

Görüşün sonunda Heydər Əliyev dedi:
- Düşünürəm ki, bugünkü görüşümüzün ən böyük faydalarından biri də Azərbaycanın dövlət dilinin rus dili olmadığını bilməyiniz oldu.» Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Himni dəyişmək istəyən deputat: “Mən indi camaatın içinə necə çıxım, məni gör nə günə qoydular”
Səlim Müslümova yeni vəzifə verildi
Tələbə xanəndə Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ