Qaynar xətt:

(+99450) 247 90 86

AŞPA 11 aprel seçkiləri ilə bağlı bəyanat yaydı

SİYASƏT

1324

04.04.2018, 19:23

\"\" Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 33 nəfərdən ibarət nümayəndə heyəti ATƏT Parlament Assambleyası və ATƏT-in Demokratik Təşkilatlar və İnsan Hüquqları Bürosundan müşahidəçilərlə birgə Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə edəcək. “Oxu24.com”un AŞPA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, AŞPA nümayəndə heyətinə Viorel Riserd Badea rəhbərlik edəcək. Nümayəndə heyəti namizədlər və onların nümayəndələri ilə, siyasi partiyaların liderləri ilə və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər keçirəcək. Bundan başqa, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə dəyirmi masalar keçiriləcək. Müşahidəçilər ilkin nəticələri aprelin 12-də Bakıda mətbuat konfransında təqdim edəcək