Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər

XƏBƏR LENTİ

18 May 2024
Hindistanda
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub
Polşa ölkənin şərq sərhədlərini gücləndirməyi planlaşdırır
Ralli maşını izdihamlı tamaşaçıların üzərinə uçub
İsrail mətbuatı: ABŞ və İran nümayəndələri Omanda “gizli” görüş keçiriblər
Çin nəşri Putinin Londona ultimatumundan danışıb
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub
Zaxarova Yeni Kaledoniyadakı etirazlara münasibət bildirib
Küçədə qızı belə öldürdü (18+VİDEO)
Xəstə təcili yardım maşınında tibb işçisinə xəsarət yetirib
BÜTÜN XƏBƏRLƏR
23909
az

“O təhlil mənə veriləndə, çox dəhşətə gəldim...” - Prezidentdən sərt xəbərdarlıq

12:0804 Fevral, 2020
548
SİYASƏT
  • A

"O cümlədən kölgə iqtisadiyyatına qarşı mübarizə bundan sonra da aparılacaq. Burada da iki tərəf var. Bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkar. Bu sövdələşmə də tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın".

Oxu24.com   xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqi zamanı deyib.

 

 

Prezident bildirib ki, kölgə iqtisadiyyatı olmamalıdır:

 

"Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə.

Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi. İndi biz kölgə iqtisadiyyatına göz yuma bilərikmi? Qətiyyən yox! Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir.

Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Azərbaycan və Ermənistan arasında imzalanmış protokolu alqışladı
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub