Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
189
az

İtkin düşən alpinistlərlə bağlı SON XƏBƏR

00:5803 Aprel, 2018
3337
SİYASƏT
  • A
 Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları çətinləşib.


Oxu24.com  xəbər verir ki, axtarışlarda iştirak edən alpinistlər Trend-ə açıqlamasında bildiriblər ki, axtarışların çətinləşməsinə səbəb əraziyə yenidən qar yağmasıdır: "Martın 31-də Qubaya yenidən qar yağıb. Ərazidə qar daha 10 santimetr artıb. Ona görə də axtarışlar qısmən çətinləşib. Amma buna baxmayaraq axtarışlar davam etdirilir".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Rüfət Əzizova yüksək     vəzifə       verdi
Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu