Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18356
az

Müharibə başlasa, hər şey Paşinyanın xeyrinə işləyəcək - BƏS, NƏ EDƏK?

00:1927 Sentyabr, 2019
941
SİYASƏT
  • A
 Ermənistanın baş naziri Nikol Paşinyanın məlum bəyanatları diplomatik hücum üçün ciddi əsaslar verir. Ancaq bunun əvəzində Azərbaycan cəmiyyətində hərbi ritorika işə düşür.

Bəziləri hesab edir ki, Azərbaycan cəmiyyətinin hərbi ritorikası və diplomatik susqunluq fonunda bu bəyanatlar erməni xalqında tamam başqa təsəvvürlər yaradılmasına yönəlib. Həm Paşinyanın sərsəmləmələri, həm Ermənistanın müdafiə naziri və bəzi digər erməni məmurların da arxayın bəyanatları, Azərbaycanın irimiqyaslı hərbi əməliyyatlar etməyəcəyinə erməni xalqını inandırmağa yönəlib.  

Maraqlıdır, Azərbaycan tərəfi irimiqyaslı hərbi əməliyyatlara başlamaqla bağlı müstəqil qərar qəbul etmək əzmindədirmi?

Hərbi icmalçı Nazim Bayramov məsələ ilə bağlı Redaktor.az-a danışıb. N. Bayramov hesab edir ki, Azərbaycanın müharibə ilə bağlı müstəqil qərar qəbul etmə qabiliyyəti səhv qiymətləndirilir:

“Bu bizim özümüzdə və erməni cəmiyyətində də müşahidə edilir. Məhz bu səhv, Sarkisyana baha başa gəldi. Sarkisyan da ümumi yayılmış fikrə əsasən hesab edirdi ki, Rusiya Azərbaycanın Ermənistana qarşı hücuma keçməsinə imkan verməz.Və  Azərbaycanın da müstəqil qərar qəbul etmək haqqı buna çatmaz. Sarkisyanın bu səhvi onun vəzifəsini itirməsi ilə nəticələndi. Belə səhvlərə biz tarixdə də rast gəlmişik. Hansı ki, düşmən qarşı tərəfi düzgün qiymətləndirə bilmir və nəticədə uduzur. Aprel döyüşlərindən dərhal sonra Ermənistanda belə bir fikir yayılmışdı ki, ya Rusiya bizi satıb, ya da Azərbaycan Rusiya ilə hesablaşmır. Hər iki halda Rusiya kimi müttəfiqdən onlar imtina etmək istəyirdilər. Bu fikir bu gün də Ermənistanda inkişaf edir. Rusiyaya qarşı aksiyalar, Rusiyanın əleyhinə təbliğat və s. buradan qaynaqlanır. Ümumilikdə götürsək, Azərbaycanın müstəqil müharibəyə başlamaqla bağlı qərar verə bilməməsi fikri ilə qətiyyən razı deyiləm. Heç kəsin buna qarantiyası yoxdur. Azərbaycan hər an müharibə qərarı verə bilər”.

N. Bayramov vurğulayıb ki, erməni cəmiyyətində Azərbaycanın böyükmiqyaslı hərbi əməliyyatlara başlamayacağı ilə bağlı arxayınlıq yoxdur:

“Sözlə əməli ayırmaq lazımdır. Fikir verin, əməldə ermənilər hərbi təlimləri dayandırmayıb. Ermənistanda hazırda da təlimlər keçirilir. Müharibə təhlükəsi zamanı ölkənin hansı işləri görməli olduğu müəyyənləşdirilir. Bunlar onu göstərir ki, Ermənistan müharibəyə hazırlaşır və bizdən müharibə gözləyir. Sözlə dediklərinə fikir vermək lazım deyil. Onlar qorxmasalar, bu təlimləri keçirməzdilər”.

N. Bayramov istisna etmir ki, hazırda Paşinyan özü bilərəkdən bu cür  təxribatlara yol açır:

“O bununla Ermənistanda ümumi düşmənə- Azərbaycana qarşı birləşmə yaranmasını istəyir. Çünki Azərbaycana qarşı xalqı birləşdirə bilsə, daxildə müxalifəti zəiflətmək, hakimiyyətini möhkəmləndirmək məqsədinə nail olacaq.  Bu halda Paşinyanın əlinə oynamaq bizim üçün əlverişli məqam deyil. Nə qədər də desələr ki, indi hücum üçün ən əlverişli məqamdır, bu yanlışdır. Ermənistanda qarşıdurmalar, daxili çəkişmələr hələ pik həddinə çatmayıb. Proseslərin “qayıtmama”, “geri dönməmə” nöqtəsi hələ yetişməyib. Proseslər ümumi regional şəraitlə sinxronlaşır. Bu Ermənistandan da çox Rusiya, ABŞ- İran qarşıdurmasından asılıdır. Buna görə də, Azərbaycanda hələ tam əlverişli vəziyyətin yetişdiyini düşünmürlər. Ancaq əlverişli vəziyyət yetişəndə lazımi addımlar atılacaq. Bunun üçün Azərbaycan diplomatiyası çalışır”.

N. Bayramov qeyd edib ki, Qarabağ məsələsində biz o qədər də səssiz deyilik:

“Bu yaxınlarda Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin ATƏT-in həmsədrləri ilə bağlı çıxışını hamı gördü. Gözlənilən an gələndə Azərbaycan başlayacaq. Əlverişli vəziyyətlə bağlı qiymətləndirmələrdə fərqlər ola bilər. Mən hesab edirəm ki, hələ tam əlverişli vəziyyət yetişməyib. Biz tərəfdən hansısa əməliyyatların başlaması düşmənin birləşməsinə, vahidləşməsinə xidmət edə bilər. Bu əməliyyatlar qaçılmazdır. Sözsüz ki, Qarabağ problemi hərbi yolla həll ediləcək. Burada əsas zaman məsələsidir. Bu əməliyyatlar bu gün, sabah, 1 aydan sonra, gələn payıza qədər... ancaq baş verəcək. Ermənistan da bunu bilir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Harbinə getdi
Ərdoğan:
Ermənistanı QARIŞDIRACAQ AÇIQLAMA:

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü