Qaynar xətt:

(+99450) 247 90 86

Putin AÇIQLADI: Azərbaycan və Rusiya arasında yeni əməkdaşlıq nədən ibarət olacaq?

Putin AÇIQLADI: Azərbaycan və Rusiya arasında yeni əməkdaşlıq nədən ibarət olacaq?

SİYASƏT

154

29.10.2026, 17:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya ilə enerji əməkdaşlığı Azərbaycan üçün riskdir, yoxsa yeni gəlir mənbəyi? – İqtisadçıdan ŞƏRH

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) VIII sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin regional enerji layihələri və Azərbaycanla əməkdaşlığın genişləndirilməsi haqqında bəyanatlar verib.

Son illərdə qlobal enerji bazarında baş verən geosiyasi dəyişikliklər fonunda Bakı və Moskva arasında energetika dialoqunun dərinləşməsi xüsusi aktuallıq kəsb edir.

Mütəxəssislərin fikrincə, bu tərəfdaşlıq ilk növbədə Cənubi Qafqazda enerji təhlükəsizliyinin möhkəmlənməsinə və regionun tranzit potensialının tam gücü ilə işləməsinə zəmin yarada bilər.

Mövcud boru kəməri şəbəkəsindən və infrastruktur imkanlarından daha səmərəli istifadə olunması hər iki ölkə üçün kommersiya baxımından cəlbedici görünür. Bununla belə, enerji sahəsində prioritetlərin düzgün müəyyənləşdirilməsi və uzunmüddətli iqtisadi strategiyaya sadiqlik böyük əhəmiyyət daşıyır.

Şimal qonşumuzla iqtisadi əlaqələrin intensivləşməsi Azərbaycanın Avropa İttifaqı və Türkiyə kimi strateji bazarlardakı mövqeyinə xələl gətirməməlidir. Eyni zamanda, beynəlxalq sanksiyalar mexanizmi və geosiyasi risklər də layihələrin icrası zamanı mütləq şəkildə diqqətdə saxlanılmalıdır.

Bütün bu amillər göstərir ki, tərəfdaşlıq yalnız milli iqtisadi maraqlara, qarşılıqlı mənfəətə və dəqiq hesablara əsaslandığı təqdirdə ölkəyə əlavə dividendlər qazandıra bilər. Azərbaycanın əsas hədəfi isə enerji gəlirlərini maksimuma çatdırmaqla bərabər, artıq formalaşmış çoxşaxəli ixrac coğrafiyasını qoruyub saxlamaqdır.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı Günay Hüseynova Rusiya ilə energetika sahəsində əməkdaşlığın imkan və risklərini geniş təhlil edib:

"Rusiya ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi ölkə iqtisadiyyatı üçün, ilk növbədə, əlavə gəlir imkanları yaradır və mövcud infrastrukturdan daha səmərəli istifadəni təmin edir. Xüsusilə regional enerji təhlükəsizliyi baxımından bu tərəfdaşlıq mühüm töhfələr verə bilər”.

Lakin ekspert qeyd edib ki, nəzərə almaq lazımdır ki, bu əməkdaşlığın nə dərəcədə səmərəli və faydalı olacağı tam olaraq bağlanacaq müqavilələrin şərtlərindən, qazın satış qiymətindən və logistik (nəqliyyat) xərclərindən asılı olacaqdır. 

Onun sözlərinə görə, düzgün qiymət siyasəti və aşağı tranzit xərcləri Azərbaycanın kommersiya mənfəətini dəfələrlə artıra bilər:

“Burada əsas məsələ Azərbaycanın enerji gəlirlərini artırmaqla yanaşı, illərdir uğurla yürütdüyü ixrac bazarlarının şaxələndirilməsi (diversifikasiya) siyasətini qorumasıdır. Rusiya ilə əməkdaşlıq heç bir halda Azərbaycanın Avropa və Türkiyə bazarlarındakı möhkəm mövqelərini zəiflətməməli, əksinə, mövcud iqtisadi imkanları tamamlayan bir alətə çevrilməlidir”.

Günay Hüseynova vurğulayıb ki, biz Avropa İttifaqının etibarlı tərəfdaşı olaraq öz öhdəliklərimizi yerinə yetiririk və Şimal istiqaməti ilə əlaqələr bu balansı pozmamalıdır. Eyni zamanda, Rusiya ilə münasibətlərdə beynəlxalq sanksiyaların gətirdiyi məhdudiyyətlər və geosiyasi risklər də ən xırda detalınadək nəzərə alınmalı, maliyyə və hüquqi mexanizmlər sığortalanmalıdır.

Nəticə etibarilə, bu əməkdaşlıq yalnız və yalnız Azərbaycanın milli iqtisadi maraqlarına uyğun, qarşılıqlı faydalı və iqtisadi cəhətdən tam əsaslandırılmış şərtlərlə həyata keçirilməlidir. Ölkəmiz üçün əsas prioritet enerji gəlirlərinin sabit artımını təmin etmək, ixrac bazarlarının şaxələnməsini qorumaq və Azərbaycanın uzunmüddətli iqtisadi dayanıqlığını təmin etməkdən ibarətdir. 

Çimnaz Telmanqızı