Azərbaycanın mədəniyyətlərarası əməkdaşlığa töhfəsi
29 Oktyabr 2026, 12:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
369
29.10.2026, 12:02
Milli Məclisdə "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə edilir.
Oxu24.com xəbər verir ki, sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, vəzifəli şəxslər tərəfindən maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək.
Bildirilib ki, vəzifəli şəxs bundan imtina etdikdə qurumun iddiası əsasında göstərilənlər məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.
Qanun layihəsinə görə, vəzifəli şəxslərin gəlirləri, dövlət satınalmalarında, bələdiyyə sifarişlərinin verilməsində iştirakı, hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadəsi, kənar fəaliyyətləri, ianə və haqq alması, reklam, əmlak və məlumatlardan istifadəsi haqqında bəzi qadağa və məhdudiyyətlər tətbiq ediləcək.
Müəyyən hallarda keçmiş vəzifəli şəxslərə əmək münasibətlərinə xitam verildikdən sonra 2 il müddətində məhdudiyyətlər qoyulacaq. Bu müddətdə əvvəlki qurumun fəaliyyətinə aid müəyyən işlərdə işləmək, müqavilələr bağlamaq və ya həmin qurumun işləri üzrə üçüncü şəxsləri təmsil etmək məhdudlaşdırılacaq.
Sənədə görə, vəzifəli şəxslər vəzifəyə təyin edilməzdən və ya xidməti vəzifələrinin icrasına başlamazdan əvvəl, sonradan isə hər il aprelin 15-dək şəxsi maraqlar haqqında bəyannamə təqdim etməlidirlər.
Qanun layihəsinə əsasən, maraqlar toqquşmasını həll etmək üçün vəzifəli şəxsin maraqlar toqquşması yaranan məsələ üzrə qərarların qəbulunda iştirakı məhdudlaşdırıla biləcək, onun vəzifə səlahiyyətlərinə yenidən baxıla və ya dəyişdirilə biləcək.
Həmçinin vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan xidməti vəzifələrin icrasından kənarlaşdırılması, maraqların toqquşması ilə bağlı olmayan vəzifəyə keçirilməsi, aktivlərin özgəninkiləşdirilməsi, xidməti vəzifələrlə ziddiyyət təşkil edən kənar fəaliyyətə və işə xitam verilməsi və ya onlardan imtina olunması, yaxud maraqlar toqquşmasına səbəb olan şəxsi marağın digər üsullarla aradan qaldırılması, vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan informasiyaya çıxış imkanlarının məhdudlaşdırılması, onun fəaliyyətinə nəzarətin yenidən təşkili kimi tədbirlər görüləcək.
Sənəddə vurğulanıb ki, maraqlar toqquşması barədə məlumatlar bəyannamələrin, maliyyə xarakterli məlumatların, hədiyyələrə dair məlumatların, qurumlardan və fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərin, habelə mediada yayılan məlumatların təhlili əsasında müəyyən edilə biləcək.
Maraqlar toqquşması ilə bağlı araşdırma müvafiq hallarda 30 iş günü ərzində aparılacaq.
Qanunun layihəsi qəbul edildiyi halda dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.
13:14 / 29 Oktyabr 2026
1
13:08 / 29 Oktyabr 2026
36
13:05 / 29 Oktyabr 2026
26
13:02 / 29 Oktyabr 2026
71
12:59 / 29 Oktyabr 2026
38
12:56 / 29 Oktyabr 2026
36
12:50 / 29 Oktyabr 2026
36
12:45 / 29 Oktyabr 2026
60
12:37 / 29 Oktyabr 2026
73
12:35 / 29 Oktyabr 2026
83
12:30 / 29 Oktyabr 2026
89
12:29 / 29 Oktyabr 2026
64
12:17 / 29 Oktyabr 2026
65
12:14 / 29 Oktyabr 2026
61
12:01 / 29 Oktyabr 2026
71
11:56 / 29 Oktyabr 2026
68
11:43 / 29 Oktyabr 2026
72
11:37 / 29 Oktyabr 2026
116
11:27 / 29 Oktyabr 2026
607
11:25 / 29 Oktyabr 2026
763
11:02 / 29 Oktyabr 2026
67
10:47 / 29 Oktyabr 2026
220
10:44 / 29 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.