Milli Məclis sabah bunu MÜZAKİRƏ EDƏCƏK
28 Oktyabr 2026, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
60
28.10.2026, 12:00
Azərbaycanın qanunvericiliyi beynəlxalq standartlara 90-95 % uyğunluq nümayiş etdirir.
Oxu24.com xəbər verir ki, bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" Konfransında bildirib.
"Azərbaycanda maliyyə sahəsinin inkişaf etdirilməsi istiqamətində mühüm nəticələr əldə olunub, ölkədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Əldə edilən bu uğurlar nəticəsində respublikamız beynəlxalq qiymətləndirmə çərçivəsində 91 % nəticə göstərib, qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu isə 90-95 % səviyyəsində qiymətləndirilib. Bu nəticələrlə yanaşı, qarşıda duran əsas vəzifələrdən biri mövcud mexanizmlərin tətbiqinin effektivliyini daha da artırmaqdır. Məhz bu baxımdan, konfransın mövzusu həm bu günün reallıqları, həm də gələcək illər üçün xüsusi aktuallıq və əhəmiyyət daşıyır", - o qeyd edib.
Onun sözlərinə görə, maliyyə inklüzivliyi ilə maliyyə təhlükəsizliyi arasında balans qorunmalıdır: "2022–2026-cı illər üzrə Azərbaycan mikromaliyyə modeli və strateji çərçivəsi, makro və mikromaliyyə sektorunun son inkişafı, maliyyə əlçatanlığının təmin edilməsi, eləcə də cari ildə təsdiqlənmiş Maliyyə inklüzivliyi strategiyası maliyyə xidmətlərinin əlçatanlığının artırılması üçün yeni imkanlar yaradıb. Hesab edirəm ki, konfransda maliyyə inklüzivliyi, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tələbləri arasında əlaqə xüsusi diqqət mərkəzində olmalıdır. İlk növbədə, sektorun təhlükəsizlik riskləri düzgün müəyyən olunmalı, maliyyə xidmətlərinin əlçatanlığı təmin edilməli və inklüzivlik sahəsindəki boşluqlar aradan qaldırılmalıdır. Sektor institutları arasında əməkdaşlıq gücləndirilməlidir".
Xidmət rəisi əlavə edib ki, digər mühüm istiqamət rəqəmsal transformasiyadır: "Yeni innovativ və müasir analitik texnologiyalar riskləri daha sürətli aşkarlamağa imkan yaratsa da, kibertəhlükəsizlik, məlumatların qorunması və texnoloji risklərin idarə edilməsi məsələləri də olduqca aktualdır. Bu baxımdan, innovasiyalar adekvat nəzarət və təhlükəsizlik mexanizmlərlə müşayiət olunmalıdır. Qeyd olunan amillər maliyyə sektorunun uzunmüddətli inkişafının və investisiya dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə dövlət qurumları, maliyyə institutları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".
12:40 / 28 Oktyabr 2026
11
12:37 / 28 Oktyabr 2026
30
12:35 / 28 Oktyabr 2026
28
12:30 / 28 Oktyabr 2026
34
12:25 / 28 Oktyabr 2026
41
12:16 / 28 Oktyabr 2026
101
12:10 / 28 Oktyabr 2026
52
12:07 / 28 Oktyabr 2026
69
11:48 / 28 Oktyabr 2026
404
11:46 / 28 Oktyabr 2026
80
11:41 / 28 Oktyabr 2026
238
11:36 / 28 Oktyabr 2026
68
11:33 / 28 Oktyabr 2026
93
11:30 / 28 Oktyabr 2026
79
11:26 / 28 Oktyabr 2026
146
11:24 / 28 Oktyabr 2026
66
11:20 / 28 Oktyabr 2026
66
11:19 / 28 Oktyabr 2026
68
11:17 / 28 Oktyabr 2026
70
11:11 / 28 Oktyabr 2026
99
11:07 / 28 Oktyabr 2026
114
11:03 / 28 Oktyabr 2026
75
10:58 / 28 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.