Zaur Fətizadə: "Qanunvericiliyimiz beynəlxalq standartlara 90-95 % uyğundur"
28 Oktyabr 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
66
28.10.2026, 11:03
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.
Oxu24.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli görüşü iştirakçılara müraciətində deyilir.
Qeyd olunub ki, korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir: "Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası” bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır".
12:00 / 28 Oktyabr 2026
20
11:48 / 28 Oktyabr 2026
124
11:46 / 28 Oktyabr 2026
39
11:41 / 28 Oktyabr 2026
129
11:36 / 28 Oktyabr 2026
54
11:33 / 28 Oktyabr 2026
65
11:30 / 28 Oktyabr 2026
59
11:26 / 28 Oktyabr 2026
98
11:24 / 28 Oktyabr 2026
53
11:20 / 28 Oktyabr 2026
51
11:19 / 28 Oktyabr 2026
56
11:17 / 28 Oktyabr 2026
58
11:11 / 28 Oktyabr 2026
72
11:07 / 28 Oktyabr 2026
89
10:58 / 28 Oktyabr 2026
69
10:55 / 28 Oktyabr 2026
67
10:50 / 28 Oktyabr 2026
1233
10:48 / 28 Oktyabr 2026
72
10:44 / 28 Oktyabr 2026
587
10:30 / 28 Oktyabr 2026
72
10:29 / 28 Oktyabr 2026
76
10:26 / 28 Oktyabr 2026
179
10:25 / 28 Oktyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.