Qaynar xətt:

(+99450) 247 90 86

Prezident: Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır 

Prezident: Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır 

SİYASƏT

62

27.10.2026, 10:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2028-ci ildə Avropa siyasi icmasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Oxu24.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib:

"Avropanın siyasi icmasında 50-dən artıq ölkə var. Mədəniyyətlərarası forum da iki ildən bir keçirilir. Yəni bir ölkədə, bir şəhərdə iki qlobal tədbir keçiriləcək. Bu bizə olan hörmətin təzahürüdür. Azərbaycanın sabit siyasəti, çoxtərəfli mədəniyyəti sədləri yox, körpüləri salan bir ölkə kimi tanınması inkişafa söykənir".