Prezident yeni FƏRMAN İMZALADI
22 Oktyabr 2026, 12:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
65
22.10.2026, 12:00
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Prezident İlham Əliyevə zəngi Türkiyə-Azərbaycan xəttindəki gərginlik fonunda hadisələrin axınını müəyyənləşdirəcək hadisədir.
Tərəflərin telefon söhbəti ilə bağlı yaydığı rəsmi məlumatın eyni olması münasibətlərin gələcəyi ilə bağlı ortaq mövqe sərgilənməsi baxımından mühüm məqamlardan hesab oluna bilər. Ərdoğan da, Əliyev də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf edəcəyini bildirərək, vahid mövqedən çıxış ediblər.
Məlumatda qeyd olunmasa da, liderlərin iki ölkə arasındakı son gərginliyi müzakirə etdiyi bəllidir. Və telefon zəngi ilə bağlı rəsmi mətn ortaq mövqenin tapıldığını deməyə əsas verir.
Telefon zəngində iki məqam xüsusilə əhəmiyyətlidir.
Birincisi, Bakıda bu zəngin gözlənilməsidir.
İki ölkə arasındakı gərginlik Türkiyədə hakimiyyət nümayəndlərinin də iştirakı ilə Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın aparılmasından qaynaqlanır. Bakı üçün bu prosesdə Ankaradan birinci şəxs istisna olmaqla, istənilən səviyyəli təmaslar həlledici ola bilməzdi. Çünki informasiya hücumları ilk deyil, Azərbaycan isə son qoyulmasını istəyir və bunun olmayacağı təminatını yalnız Ərdoğan verə bilər.
İkincisi, Ərdoğanın Əliyevi Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək 13-cü Zirvə Görüşünə dəvət etməsidir.
Ankarada keçiriləcək Zirvədə TDT-yə sədrlik Azərbaycandan Türkiyəyə keçəcək. Baş verənlər isə təkcə Bakı-Ankara xəttində yox, TDT daxilində və təşkilatın gələcək strategiyasında ciddi risklər yaradır. Gərginliyin aradan qalxması bu baxımdan vacibdir.
Türkiyədə Azərbaycana qarşı infohücumlar dayanacaqmı?
Əsas sual budur. Ərdoğanın zəng etməsi ilə prosesin dayanacağı, ən azı səngiyəcəyi gözləniləndir, lakin tamamilə həll ediləcəyi ehtimalı hələ də zəif görünür.
1. Fikir ayrılığının təməl səbəblərindən biri dünyəvi modellə dini-ideoloji yanaşmanın toqquşmasıdır və Ankaranın rəsmi dairələrində Bakı ilə münasibətlərə bu kontekstdə baxanlar var;
2. Azərbaycana qarşı informasiya hücumları, təzyiq cəhdləri uzun müddətdir davam edir, son hadisələr burada motiv rolunu oynadı: bu, ziddiyyətlərin görünəndən daha dərin olduğu deməkdir.
Bu amillər problemin tam həll edildiyini deməyi çətinləşdirir. Bundan sonra münasibətlərin gələcəyini daha çox Türkiyə rəhbərliyinin yanaşması müəyyənləşdirəcək. Bakının mövqeyi isə açıqdır: Azərbaycanın dünyəvi dövlət quruluşuna, daxili məsələlərinə və müstəqil siyasətinə müdaxilə qəbuledilməzdir.
Əslində son gərginliyin ən mühüm nəticəsi bu oldu. İndiyə qədər Türkiyədən olan hücumlar Azərbaycanda loyallıqla qarşılanır, problemin diplomatik və ictimai kanallarla həll edilməsi xətti izlənilirdi. Çünki Azərbaycan Türkiyəyə yanaşmada hər zaman qardaşlıq münasibətlərinə əsaslanıb. Son müdaxilə cəhdlərində isə Bakı sərt mövqe sərgiləməklə “qırmızı xətləri”ni müəyyənləşdirdi.
12:50 / 22 Oktyabr 2026
12
12:48 / 22 Oktyabr 2026
23
12:44 / 22 Oktyabr 2026
47
12:41 / 22 Oktyabr 2026
35
12:33 / 22 Oktyabr 2026
79
12:30 / 22 Oktyabr 2026
36
12:24 / 22 Oktyabr 2026
488
12:22 / 22 Oktyabr 2026
173
12:20 / 22 Oktyabr 2026
52
12:15 / 22 Oktyabr 2026
64
12:14 / 22 Oktyabr 2026
97
12:11 / 22 Oktyabr 2026
57
12:05 / 22 Oktyabr 2026
61
12:02 / 22 Oktyabr 2026
61
11:56 / 22 Oktyabr 2026
209
11:40 / 22 Oktyabr 2026
83
11:27 / 22 Oktyabr 2026
127
11:17 / 22 Oktyabr 2026
191
11:14 / 22 Oktyabr 2026
148
11:10 / 22 Oktyabr 2026
153
11:01 / 22 Oktyabr 2026
447
10:58 / 22 Oktyabr 2026
224
10:52 / 22 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.