Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
21 Oktyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
82
21.10.2026, 14:45
Politoloq: Gərginlik xalq arasına keçməməlidir
Son dövrlər Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan gərginlik ictimai-siyasi dairələrdə geniş müzakirə olunur.
Məsələyə münasibət bildirən politoloq Əli Mustafa Oxu24.com-a açıqlamasında iki qardaş ölkənin üz-üzə gəlməsini mənfi qiymətləndirdiyini bildirib.
Ə.Mustafa vurğulayıb ki, iki qardaş dövlətin istənilən məsələdə uzlaşması, anlaşması arada umu-küsüklərin, incikliklərin olmasından və toqquşmadan daha doğrudur:
"Əvvala Azərbaycan və Türkiyənin bu gün üz-üzə gəlməsi müsbət deyil, mən bunu mənfi qiymətləndirirəm, başdan deyim. Hesab edirəm ki, iki qardaş dövlətin bu gün istənilən bir məsələdə uzlaşması, anlaşması daha doğrudur, nəinki arada umu-küsüklərin olması, incikliklərin olması və yaxud da toqquşması.
Bu, nə bizim, nə də Türkiyənin xeyrinə olan bir şey deyil. Hə, bunu kimlər istəyir? Bir, özümüz istəyirik, ikinci, başqaları istəyir. Əvvala mən düşünürəm ki, biz bunu yəqin ki, istəməməliyik və ehtimal edirəm ki, biz istəmirik. Ehtimalı nəyə görə deyirəm?
Çünki bəzən o qarşıdurmanı yaradanlar görürük ki, bu və ya digər formada sanki hakimiyyətə yaxın qüvvələr də iştirak eləyir.
Ona görə bəzən belə bir təəssürat yaranır ki, ola bilsin bu qarşıdurmanın yaranmasında Türkiyə və Azərbaycan hakimiyyətlərində də maraqlı kimsələr var. Amma mən düşünürəm ki, bu maraqlı olan kimsələr yəqin ki, milli və dövlət maraqlarından çıxış etmirlər".
Politoloqun sözlərinə görə, bu gün Azərbaycana və Türkiyəyə qarşıdurma lazım deyil: "Əksinə, dünya gərgin bir dönəmdən keçir.
Yeni dünya düzeni qurulur və elə bir şəraitdə bizim bir arada olmağımız, bir yerdə olmağımız və yeni çoxqütblü dünyada bir güvənli, etibarlı qütb yaratmağımız olduqca vacibdir. Yəni türk dövlətlərinin, türk müsəlman dünyasının bir yerdə, arada olması olduqca vacibdir. Belə bir şəraitdə qarşıdurma bizə lazım deyil".
O, qarşıdurmanın təşkilində üçüncü qüvvələrin də rolu olduğunu söyləyib:
"Bunu təşkil edən üçüncü qüvvələr var, böyük ehtimalla var onlar, həm Azərbaycanda, həm də Türkiyədə var. Ola bilsin, onların əhəmiyyətli bir hissəsi eyni mərkəzdən idarə olunur. Eyni narrativlər verilir və yaxud da hər ikisinə uyğun narrativlər verilir və məqsədyönlü şəkildə bunlar üzərindən sanki bu iki dövləti savaşdırmağa çalışırlar. Və bəzən də hansısa xırda-para müvəffəqiyyətlərə də nail olurlar. Odur ki, mən düşünürəm ki, yenə bu məsələdə bir diqqətli olmalıyıq. Həm siyasətçilər, həm jurnalistlər, ictimai-siyasi xadimlər, xalq çox diqqətli olmalıdır ki, bu gərginlik genişlənməsin. Hətta belə deyək də, o siyasi qurumlar, nə bilim, hakimiyyətlər arasında olan hansısa bəlkə də anlaşmazlıqlar xalq arası, cəmiyyətlər arası qarşıdurmaya çevrilməsin".
Ə.Mustafa hesab edir ki, hakimiyyətlərin anlaşmaq şansı kifayət qədər böyükdür, əsas risk isə inciklikin xalq arasına keçməsidir:
"Çünki hakimiyyətlərin anlaşmaq şansı kifayət qədər böyükdür. Hakimiyyətlər istənilən anda oturub məsələni çözə bilərlər. Amma xalq arasında inciklik olan o bir müddət davam eləyir, o uzanır. Ona görə də bütün anlarda çalışmalıyıq ki, əvvəla bu qarşıdurma olmasın, yox hansısa umu-küsüklər varsa da, onda heç olmasa siyasi müstəvidə qalsın, lokallaşsın. Cəmiyyət həyatına, insanların həyatına, insanların münasibətinə nüfuz eləməsin. Bax bu olduqca vacib məsələdir".
Politoloq daha sonra kənar təsirlərə də toxunub:
"AKP-nin içərisində hansısa dini-siyasi kəsimin olması, kənardan idarə olunan güclərin olması, eyni zamanda Azərbaycan hakimiyyətində də kənar qüvvələrin olması, beşinci kolonun olması heç kimə sirr deyil. Və onların da əhəmiyyətli bir hissəsinin kənardan, qıraqdan üçüncü qüvvələrdən tapşırıq alıb bu qarşıdurmanı yaratmasını mən kifayət qədər, belə deyək, real görürəm. Odur ki, hesab edirəm ki, biz bu məsələdə daha diqqətli olmalıyıq".
Ə.Mustafa qarşıda Türk Dövlətləri Təşkilatının zirvə toplantısının gözlənildiyini xatırladaraq bu tədbirdən ümidvar olduğunu bildirib:
"Təbii ki, qarşıda Türk Dövlətləri Təşkilatının zirvə toplantısı gəlir. Ümid edirəm ki, bu zirvə bu gərginliyə və bu qarşıdurmaya son qoyacaq. Bizə Azərbaycana və Türkiyəyə bir yerdə olmaq və güclü olmaq lazımdır. Qarşıdurma hamısı ziyanlıdır".
Turan Etibaroğlu
15:20 / 21 Oktyabr 2026
30
15:15 / 21 Oktyabr 2026
32
15:05 / 21 Oktyabr 2026
55
14:50 / 21 Oktyabr 2026
62
14:45 / 21 Oktyabr 2026
58
14:33 / 21 Oktyabr 2026
181
14:31 / 21 Oktyabr 2026
115
14:22 / 21 Oktyabr 2026
207
14:20 / 21 Oktyabr 2026
74
14:08 / 21 Oktyabr 2026
365
14:04 / 21 Oktyabr 2026
75
13:51 / 21 Oktyabr 2026
522
13:47 / 21 Oktyabr 2026
72
13:40 / 21 Oktyabr 2026
73
13:34 / 21 Oktyabr 2026
86
13:29 / 21 Oktyabr 2026
198
13:19 / 21 Oktyabr 2026
436
13:08 / 21 Oktyabr 2026
73
13:01 / 21 Oktyabr 2026
92
12:57 / 21 Oktyabr 2026
88
12:53 / 21 Oktyabr 2026
83
12:50 / 21 Oktyabr 2026
175
12:45 / 21 Oktyabr 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.