İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
29 Oktyabr 2026, 18:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3040
09.10.2026, 13:13
Azərbaycanın Mərkəzi Asiyaya sədrliyi regionda hansı geosiyasi dəyişikliklərə yol açacaq? — ŞƏRH
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünə sədrliyi qəbul etməsini böyük məmnuniyyətlə alqışlayıb.
O bildirib ki, Azərbaycanın bu sədrliyi format çərçivəsində həyata keçirilən əməkdaşlığa əlavə impuls verəcəkdir. Mirziyoyev həmçinin bu əməkdaşlığın ölkələr arasında birlik, qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik etməsi ölkəmizin bu regionla münasibətlərində tamamilə yeni imkanlar açır.
Bu proses iki region arasında inteqrasiyanın daha intensiv şəkildə həyata keçirilməsinə zəmin yaradır.
Qeyd olunan format çərçivəsində Azərbaycanın əsas prioritetləri sırasında geosiyasi mövqelərin gücləndirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin inkişafı dayanır.
Yaranmış bu tarixi şəraitdə məsələni şərh edən politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı ətraflı təhlillərini bölüşüb.
Elçin Xalidbəyli Oxu24.com-a bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət məclisinə Azərbaycanın sədr seçilməsi rəsmi Bakının növbəti geosiyasi uğurlarından biridir.
Onun sözlərinə görə, hazırda Mərkəzi Asiya dünya miqyasında ən önəmli regionlardan biridir və bu region enerji ehtiyatları ilə zəngindir.
Politoloq qeyd edib ki, həmin regionun mövcud enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün müxtəlif dəhlizlər, marşrutlar və nəqliyyat-kommunikasiya xətləri axtarması danılmaz reallıqdır. Məhz bu məqamda Azərbaycanın rolu və yeri xüsusi əhəmiyyət kəsb edir:
“Azərbaycan Orta Asiya və Avropa arasındakı nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşir və bu baxımdan coğrafi mövqeyi unikaldır. Ölkəmizin artıq hazır olan idxal-ixrac xətləri, nəqliyyat-kommunikasiya infrastrukturu Mərkəzi Asiya ölkələri tərəfindən böyük maraqla qarşılanır. Proses təkcə enerji resurslarının ixracı ilə məhdudlaşmır, eyni zamanda yükdaşımalar, logistika, enerji təhlükəsizliyi, iqtisadi-ticarət münasibətlərinin inkişafı və orta dəhlizin fəaliyyət imkanlarının genişləndirilməsini əhatə edir”.
Elçin Xalidbəyli vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət inteqrasiyasını dərinləşdirir və bu ölkələrin dünya bazarlarına çıxışı üçün mühüm pəncərə rolunu oynayır. Hər iki tərəf üçün bu əməkdaşlıq genişmiqyaslı faydalar və mənfəətlər vəd edir. Üstəlik, rəsmi Bakının Cənubi Qafqazda, Xəzəryanı bölgədə və bütövlükdə qlobal məkanda nüfuzunun genişlənməsi onun bütün geosiyasi istiqamətlərdə öz iradəsini hiss etdirmək imkanlarını artırır.
Sonda politoloq bildirib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Məclisinin sədrliyinə razılıq verməsi ölkəmizin həm Cənubi Qafqaz, həm Xəzəryanı bölgə, həm də Mərkəzi Asiyada ən avanqard dövlətlər sırasında yer aldığını sübut edir. Bütün bu amilləri nəzərə aldıqda, Azərbaycanın inkişaf perspektivlərinin və hədəf prioritetlərinin önü hazırda geniş şəkildə açıqdır.
Çimnaz Telmanqızı
19:02 / 29 Oktyabr 2026
15
18:46 / 29 Oktyabr 2026
52
18:39 / 29 Oktyabr 2026
60
18:32 / 29 Oktyabr 2026
53
18:21 / 29 Oktyabr 2026
58
18:05 / 29 Oktyabr 2026
95
17:55 / 29 Oktyabr 2026
113
17:50 / 29 Oktyabr 2026
445
17:48 / 29 Oktyabr 2026
85
17:43 / 29 Oktyabr 2026
16806
17:36 / 29 Oktyabr 2026
90
17:30 / 29 Oktyabr 2026
179
17:29 / 29 Oktyabr 2026
114
17:20 / 29 Oktyabr 2026
97
17:06 / 29 Oktyabr 2026
210
16:59 / 29 Oktyabr 2026
244
16:56 / 29 Oktyabr 2026
123
16:53 / 29 Oktyabr 2026
554
16:50 / 29 Oktyabr 2026
611
16:48 / 29 Oktyabr 2026
116
16:45 / 29 Oktyabr 2026
70
16:44 / 29 Oktyabr 2026
136
16:40 / 29 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.