İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
08 Oktyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
55
08.10.2026, 14:43
Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.
Oxu24.com xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulandı.
Qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi.
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı.
Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.
Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirdi.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

15:30 / 08 Oktyabr 2026
1
15:16 / 08 Oktyabr 2026
31
15:15 / 08 Oktyabr 2026
29
15:10 / 08 Oktyabr 2026
29
15:00 / 08 Oktyabr 2026
59
14:54 / 08 Oktyabr 2026
235
14:46 / 08 Oktyabr 2026
52
14:40 / 08 Oktyabr 2026
64
14:15 / 08 Oktyabr 2026
67
14:05 / 08 Oktyabr 2026
73
14:00 / 08 Oktyabr 2026
61
13:55 / 08 Oktyabr 2026
67
13:47 / 08 Oktyabr 2026
8272
13:34 / 08 Oktyabr 2026
91
13:29 / 08 Oktyabr 2026
172
13:26 / 08 Oktyabr 2026
75
13:25 / 08 Oktyabr 2026
82
13:20 / 08 Oktyabr 2026
70
13:14 / 08 Oktyabr 2026
252
13:00 / 08 Oktyabr 2026
66
12:59 / 08 Oktyabr 2026
67
12:58 / 08 Oktyabr 2026
73
12:49 / 08 Oktyabr 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.