Prezidentdən yeni RƏİS TƏYİNATI -SƏRƏNCAM
27 Oktyabr 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
247
06.10.2026, 22:28
NATO-nun Kalininqradla bağlı təhdidləri Rusiya Prezidenti Vladimir Putinin anklavı qorumaq üçün istənilən silahdan istifadə edilə biləcəyi barədə açıqlamasından sonra səngiyib.
Oxu24.com xəbər verir ki, bunu istefada olan ABŞ dəniz piyadaları kəşfiyyat zabiti Skott Ritter “Substack” portalında yayımlanan məqaləsində bildirib.
Ritterin sözlərinə görə, Putinin nüvə silahından istifadə ehtimalını da ehtiva edən xəbərdarlığı NATO-nun bəzi tərəfdarlarının Kalininqradla bağlı planlarına təsir edib.
“Bu nüvə gücü nümayişi NATO-nun ən qızğın tərəfdarlarından bəzilərinin həvəsini soyutdu. Onlar asan qənimət hesab etdikləri hədəfi ələ keçirməyə ümid edirdilər”, - deyə Ritter qeyd edib.
O bildirib ki, Putinin açıqlamasından sonra Kalininqrada qarşı hər hansı təcavüzün ayrıca hadisə kimi deyil, “ekzistensial qarşıdurma” kimi qiymətləndiriləcəyi aydın olub. Ritterin fikrincə, Qərb elitalarının bunu dərk etməsi regionla bağlı hərbi ritorikanın səngiməsinə səbəb olub.
Qeyd edək ki, Vladimir Putin oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Kalininqrada hücum olacağı təqdirdə Rusiyanın bütün silah arsenalından istifadə edəcəyini bildirib. O, vəziyyətin gərginləşəcəyi halda belə cavabın qaçılmaz ola biləcəyini istisna etməyib.
13:15 / 27 Oktyabr 2026
40
13:10 / 27 Oktyabr 2026
27
13:08 / 27 Oktyabr 2026
68
12:56 / 27 Oktyabr 2026
60
12:49 / 27 Oktyabr 2026
95
12:47 / 27 Oktyabr 2026
62
12:45 / 27 Oktyabr 2026
63
12:43 / 27 Oktyabr 2026
57
12:35 / 27 Oktyabr 2026
320
12:32 / 27 Oktyabr 2026
77
12:30 / 27 Oktyabr 2026
118
12:28 / 27 Oktyabr 2026
75
12:24 / 27 Oktyabr 2026
74
12:01 / 27 Oktyabr 2026
73
11:55 / 27 Oktyabr 2026
85
11:45 / 27 Oktyabr 2026
74
11:33 / 27 Oktyabr 2026
91
11:25 / 27 Oktyabr 2026
124
11:16 / 27 Oktyabr 2026
197
11:09 / 27 Oktyabr 2026
97
11:05 / 27 Oktyabr 2026
407
10:53 / 27 Oktyabr 2026
77
10:48 / 27 Oktyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.