Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda mühüm media toplantısı: AQEM-in ilk Forumundan GÜCLÜ MESAJLAR — Deputatlardan AÇIQLAMA  

Bakıda mühüm media toplantısı: AQEM-in ilk Forumundan GÜCLÜ MESAJLAR — Deputatlardan AÇIQLAMA  

SİYASƏT

17

02.10.2026, 21:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiya qitəsində sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi məqsədilə yaradılmış ən böyük regional platformalardan biridir. 30 ildən artıq tarixi olan bu təşkilat üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. 2024-cü ildən etibarən Azərbaycanın təşkilata uğurla sədrlik etməsi ilə AQEM çərçivəsində daha çevik və nəticəyönümlü institutlaşma mərhələsi başlayıb. Bu çərçivədə cari ilin aprel ayında Bakıda AQEM Qadınlar Şurasının Təsis toplantısı təşkil olunaraq mühüm sosial-humanitar addım atılmışdı. Oktyabrın 1-də isə paytaxtımızda təşkilata üzv dövlətlərin media qurumlarının iştirakı ilə ilk dəfə 1-ci AQEM Media Forumu keçirilir. 

“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr olunmuş Forumun iştirakçılarına müraciət edən Prezident İlham Əliyev üzv ölkələr arasında media əməkdaşlığının strateji əhəmiyyətini xüsusi vurğulayıb.

Bakıda təşkil edilən bu mötəbər tədbir Asiya dövlətlərinin qlobal gərginliklər fonunda bir araya gəlməsi və informasiya məkanında birgə fəaliyyət göstərməsi üçün yeni imkanlar açır. Təşkilatın Zirvə Görüşü ərəfəsində gerçəkləşən bu təşəbbüs Azərbaycanın qlobal və regional proseslərdə aparıcı rolunu və media diplomatiyasına verdiyi mühüm dəyəri bir daha nümayiş etdirir.

Məsələ ilə bağlı Oxu24.com-a özəl açıqlama verən Milli Məclisin deputatı Cavanşir Feyziyev AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkilinin siyasi və media əhəmiyyətini şərh edib:

“AQEM çərçivəsində ilk Media Forumun məhz Bakıda və Zirvə Görüşü ərəfəsində keçirilməsi Azərbaycanın təşkilatdakı sədrliyi baxımından xüsusi siyasi və media əhəmiyyəti daşıyır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu addım təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm rola və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından müstəsna önəm kəsb edir”.

Deputatın sözlərinə görə, AQEM Asiya ölkələrini özündə birləşdirən ən böyük regional təşkilatdır. 30 ildən çox fəaliyyət göstərməyinə baxmayaraq, təşkilatın daha ciddi institutlaşmasına ehtiyac vardır:

“2024-cü ildə Azərbaycan AQEM-ə sədrlik etməyə başlayandan sonra ilk təşəbbüslər də məhz bununla bağlı oldu. Bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda AQEM Qadınlar Şurasının Təsis toplantısı keçirildi. Bu günlərdə isə təşkilata üzv dövlətlərin media qurumlarının iştirakı ilə ilk 1-ci AQEM Media Forumu keçirilir”.

Cavanşir Fərzəliyev qeyd edib ki, “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Bakıda təşkil olunmuş Media Foruma ünvanladığı müraciətində Prezident İlham Əliyev üzv ölkələr arasında media əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Əməkdaşlığın bütün istiqamətlərində böyük potensiala malik olan Asiya dövlətlərinin mövcud beynəlxalq gərginliklər fonunda bir araya gəlməsi və regional əməkdaşlığı beynəlxalq əməkdaşlığın önəmli tərkib hissəsinə çevirməsi hər bir Asiya dövləti üçün yeni imkanlar açır. Bu imkanlardan səmərəli şəkildə faydalanmaqla dövlətlərarası əməkdaşlığın genişləndirilməsi AQEM-in başlıca vəzifəsidir.

O vurğulayıb ki, hazırda dünyanın siyasi gündəliyində prioritet məsələrdən birinə çevrilmiş Orta Dəhliz layihəsi, qitə çərçivəsində yeni tranzit marşrutlarının açılması, rəqəmsallaşmanın daha geniş miqyasda tətbiqi və süni zəkadan ölkələrin mənafeyinə uyğun istifadənin təmin olunması kimi məsələlər Asiya ölkələrinin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən başlıca mövzulardır:

“Prezident İlham Əliyev də Media Foruma müraciətində diqqəti məhz bu istiqamətlərdə cəmləşdirməyi tövsiyə edir və bu məsələlərdə medianın konstruktiv rolunu zəruri hesab edir. 

Bu gün dünyada və ya onun hər hansı bir bölgəsində baş verən hadisələrin mahiyyətini düzgün anlamaq və geniş oxucu və tamaşaçı kütləsinə təqdim etmək çox məsuliyyətli bir vəzifəyə çevrilib. AQEM çərçivəsində üzv dövlətlər tərəfindən irəli sürülən və həyata keçirilən bütün təşəbbüslərin qarşılıqlı faydalı əməkdaşlığa, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etdiyinin media tərəfindən yerli və beynəlxalq ictimaiyyətə obyektiv və qərəzsiz şəkildə çatdırılması həyata keçirilən layihələrin uğurunu şərtləndirən əsas amillərdəndir”.

Yekunda Azərbaycanın məhz bu amillərə istinad edərək AQEM-ə sədrliyi dövründə ilk Media Forumunun Bakıda keçirilməsinə nail olduğunu bildirən deputat əlavə edib ki, bu Forum əlbəttə ənənəyə çevriləcək və AQEM çərçivəsində Asiya ölkələrinin birgə inkişafa istiqamətlənən fəaliyyətlərini daim müşayiət edəcək:

“Beynəlxalq səviyyədə media təşkilatlarının belə məsuliyyətli vəzifəyə cəlb olunması ayrı-ayrı dövlətlərin və ilk növbədə bu Forumun təşəbbüsçüsü olan Azərbaycanın qlobal məsələlərdə medianın roluna verdiyi yüksək dəyərin göstəricisidir. Bu həm də onu göstərir ki, müasir dünyada media artıq sadəcə xəbər yayan təşkilat kimi yox, dünyada baş verən hadisələrə istiqamət və konstruktiv fayda verə biləcək mühüm bir alət kimi qavranılır”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Oxu24.com-a açıqlamasında Azərbaycanda belə bir tədbirin keçirilməsinin xüsusi önəmi olduğunu qeyd edib. O bildirib ki, AQEM Zirvə görüşünün ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti bir uğuru kimi qeyd edilməlidir:

“Bu mənada AQEM çərçivəsində ilk Media Forumunun məhz Bakıda keçirilməsi Azərbaycanın təşkilatdakı sədrliyi baxımından xüsusi önəm və əhəmiyyət daşıyır. Bu təşəbbüs Azərbaycanın AQEM-dəki rolunun və bu təşkilata üzv dövlətlərlə media sahəsində əməkdaşlığın güclənməsinə özünün müsbət təsirini göstərəcək”.

Deputatın sözlərinə görə, dünyada çox ciddi proseslər gedir. Bu gün müharibə beyinlərdə gedir. Bu gün sosial media, süni intellekt informasiya prosesində özünün sözünü deyir, özünün rolunu oynayır. O mənada, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi çox böyük önəm və əhəmiyyət daşıyan bir məsələ kimi qiymətləndirilməlidir. 

Çimnaz Telmanqızı

Prezidentin  qurultaydakı çıxışının əsas mesajı da bunu ifadə edirdi: Ana xətt dəyişməz qalır

20:42 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezidentin  qurultaydakı çıxışının əsas mesajı da bunu ifadə edirdi: Ana xətt dəyişməz qalır

61

0
Bu xanıma Mərkəzi Bankda vəzifə verildi 

20:40 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu xanıma Mərkəzi Bankda vəzifə verildi 

69

0
Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

20:28 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

69

0
"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

20:24 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

60

0
DTX  xəbərdarlıq etdi - VİDEO

20:18 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DTX  xəbərdarlıq etdi - VİDEO

220

0
"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

20:16 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

59

0
"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

20:10 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

62

0
"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

19:59 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

62

0
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

19:57 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

166

0
YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

19:47 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

80

0
"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

19:39 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

98

0
İranın ilan sifəti —  Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB

19:36 / 02 Oktyabr 2026

DÜNYA DÜNYA

İranın ilan sifəti —  Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB

95

0