"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"
02 Oktyabr 2026, 20:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
23
02.10.2026, 20:28
Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatında aparıcı rol oynayan, müasir dövlətçilik xəttinin və milli həmrəyliyin əsas sütunlarından biri olan hakim siyasi təşkilatdır. Partiyanın əsası 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında qoyulub. Yarandığı gündən etibarən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi YAP-ın fəaliyyətinin ana xəttini təşkil edib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyətini uğurla davam etdirən YAP Cənubi Qafqaz regionunun ən böyük və mütəşəkkil siyasi partiyalarından biridir. Partiyanın Nizamnaməsinə əsasən, ali orqan sayılan qurultay İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır. YAP-ın sonuncu — VII qurultayı 2021-ci il martın 5-də keçirilmiş və həmin tədbirdə partiya strukturunun yenilənməsi ilə bağlı mühüm strategiyalar müəyyən olunmuşdu. Ötən dövr ərzində Azərbaycanın siyasi və geosiyasi reallıqlarında, xüsusən də Vətən müharibəsindəki zəfərdən və ərazi bütövlüyünün tam bərpasından sonra köklü dəyişikliklər baş verib. Məhz bu yeni tarixi şəraitdə, bu gün — 2 oktyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Təntənəli şəkildə təşkil olunan mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev iştirak edərək geniş və proqram xarakterli nitq söyləyib.
Mötəbər məclisdə partiyanın ötən dövr ərzindəki fəaliyyəti qənaətbəxş hesab edilib, YAP Təftiş Komissiyasının hesabatı dinlənilib və İdarə Heyətinin yeni tərkibi təsdiqlənib. Dövlət başçısı öz çıxışında İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında qazanılan tarixi qələbələri, Zəngəzur dəhlizini, ordu quruculuğunu və xarici siyasətdəki böyük uğurları xüsusi vurğulayıb. Qurultayda partiyanın daxili strukturunun təkmilləşdirilməsi, kadr yenilənmələri, fəaliyyəti səmərəsiz olan strukturların ləğvi, yeni komissiyaların yaradılması və gənclərin siyasi proseslərdə rolunun artırılması istiqamətində qərarlar qəbul edilib. Eyni zamanda VIII qurultayda Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının icrası və ölkənin geostrateji imkanlarının artırılması əsas hədəf kimi irəli sürülüb.
Beləliklə, bu gün keçirilən VIII qurultay zəfər çalmış ölkənin və onun Lider Partiyasının gələcək inkişaf xəritəsini cəmiyyətə təqdim edib.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova Oxu24.com-a açıqlamasında bu gün keçirilən VIII qurultayın tarixi əhəmiyyəti, VII qurultayla müqayisədə ortaya çıxan ciddi geosiyasi fərqlər və hakim partiyanın qarşısında duran yeni vəzifələr haqqında ətraflı danışıb.
Politoloq bildirib ki, YAP-ın Nizamnaməsinə əsasən qurultay hər 5 ildən bir çağırılır və hər yeni beşillik mərhələdə partiya yeni preambula, yeni ideoloji məsələlər və hədəflərlə növbəti mərhələyə qədəm qoyur.
"2021-ci il martın 5-də keçirilən VII qurultay daha çox Zəfər üçün olan qurultay idi. Həmin dövrdə müharibə yeni başa çatmışdı, Qarabağ torpaqları azad olunmuşdu və partiya qarşısına qoyulan bütün hədəflər uğurla icra edildi. Torpaqlarımız geri qaytarıldı, zəfər əldə olundu”.
Ramiyə Məmmədova qeyd edib ki, bu gün keçirilən VIII qurultay artıq Zəfərin nəticələrindən daha çox, Azərbaycanın gələcək suverenliyini, torpaq bərpasını, Qarabağın tamamilə bərpa olunmasını və əhalinin doğma torpaqlara yenidən köçürülməsini öhdəsinə götürən bir manifest rolunu oynayır.
Politoloq VII və VIII qurultaylar arasındakı fərqləri və yeni geosiyasi xətti bu şəkildə təhlil edib:
•Beş ildə baş verən köklü geosiyasi dəyişikliklər: Ötən 5 il ərzində Azərbaycanda böyük dəyişikliklər baş verib. Müharibə geridə qalıb, Qarabağ azad olunub və Azərbaycanın qabaqcıl partiyası ölkənin gələcəyi üçün yeni yol çəkir.
•Regional və qlobal layihələr: Azərbaycanın geosiyasi baxımdan Zəngəzur dəhlizi layihələri, Orta Dəhliz layihəsi və Qafqaz regionunda öndə gedən dövlət olması onun beynəlxalq aləmdə yeni addımlar atmasını təmin edir. Həmçinin COP29 kimi mötəbər beynəlxalq formatlı tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanı daha da irəli aparır.
•İnvestisiya mühiti və etibarlı tərəfdaşlıq: Azərbaycan beynəlxalq səviyyədə və regionda öndə gələn dövlətlərdən birinə çevrilir, bütün investisiyalar ölkəyə axır və Azərbaycan verilən sözləri yerinə yetirir.
•Partiyadaxili islahatlar və yeni strukturlar: Prezidentin çıxışında vurğulandığı kimi, uzun müddətdir hakimiyyətdə olan YAP özündə yeni vəzifələr və yeni qurumların yaradılmasını həyata keçirir. Fəaliyyəti səmərəsiz olan bəzi qurumların işi ləğv edilir, yeni komissiyalar və strukturlar formalaşdırılır.
•Gənclər və qadınlar siyasətinin gücləndirilməsi: Partiyada gənclərə böyük yer verilir, gənclər təşkilatlarının fəaliyyətinin bərpa olunması və genişlənməsi dəstəklənir. Eyni zamanda qadınlarla və ailə məsələləri ilə bağlı YAP tərəfindən mühüm fəaliyyətlər həyata keçirilir.
•Zəngəzur dəhlizi prioriteti: Zəngəzur dəhlizinin açılması YAP-ın öncül məsələlərindən biridir və Azərbaycanı regionda daha da böyütmək hədəfi partiyanın qarşısında durur.
Sonda politoloq Ramiyə Məmmədova vurğulayıb ki, VII qurultay torpaqların bərpası ilə bağlı idisə, bu gün keçirilən VIII qurultay Zəfəri olan bir partiya və dövlət kimi Azərbaycanı yeni reallıqlara, yeni kursa və inkişaf addımlarına aparan tarihi mərhələdir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev də Oxu24.com-a öz fikirlərini bölüşərək qurultayın ən mühüm məqamlarını və kadr dəyişikliklərini şərh edib.
Zeynal Əmrəliyev bildirib ki, YAP-ın bu dəfəki qurultayında ən yaddaqalan və əsas hadisə Azərbaycan Prezidenti, partiyanın sədri cənab İlham Əliyevin çıxışı oldu. Dövlət başçısı həm regional siyasət, həm ölkədaxili məsələlər, həm də son dövrlərdə baş verən hadisələrlə bağlı çox aydın, açıq, konkret faktlara söykənən və Azərbaycan tarixi ilə bağlı önəmli mesajlar verdi.
Politoloqun sözlərinə görə, cənab Prezidentin çıxışındakı hər bir cümlə geniş analitik təhlil tələb edən dərin mənalı mesajlar idi. Dövlət başçısı Azərbaycanın inkişaf perspektivlərini, inkişaf istiqamətini və ölkəmizin tutduğu yolu aydın şəkildə nümayiş etdirdi.
Qurultayda qəbul olunan təşkilati və kadr qərarlarına toxunan Z. Əmrəliyev bunları qeyd edib:
“Qurultay artıq başa çatıb, İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibləri seçilib. Gözlənildiyi kimi, partiyanın bir çox üzvləri, xüsusən dövlət vəzifələrindən azad edilmiş şəxslər İdarə Heyətindən uzaqlaşdırıldı. Vasif Talıbov başda olmaqla, digər bir neçə üzv İdarə Heyətindən uzaqlaşdırıldı, Nəzarət-Təftiş Komissiyasından çıxarılanlar oldu və onların əvəzinə yeni üzvlər qəbul edildi”.
Politoloq vurğulayıb ki, bu təbii kadr dəyişikliyidir, növbəti beşillikdə də davam edəcək və heç kəs vəzifədə əbədi deyil:
“Partiyanın əsas vitrinində və rəhbərliyində gözlənilən sabitlik qorundu; Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov öz vəzifəsində qaldı”.
Z. Əmrəliyev YAP-ın son 5 illik fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, Tahir Budaqovun rəhbərliyi altında partiya çox aktiv fəaliyyət göstərib və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. Buna görə də onun yenidən Mərkəzi Aparatın rəhbəri qalacağını əvvəlcədən proqnozlaşdırmaq çətin deyildi. Partiyanın əsas strukturlarında hər hansı köklü dəyişiklik edilmədi və strukturlar olduğu kimi saxlanıldı.
Sonda politoloq Zeynal Əmrəliyev fikrini yekunlaşdıraraq qeyd edib ki, qurultayın ən başlıca nəticəsi və gələcək fəaliyyət yönümü cənab Prezidentin nitqində səslənən strateji mesajlardır.
Çimnaz Telmanqızı
20:24 / 02 Oktyabr 2026
4
20:18 / 02 Oktyabr 2026
34
20:16 / 02 Oktyabr 2026
30
20:10 / 02 Oktyabr 2026
36
19:59 / 02 Oktyabr 2026
43
19:57 / 02 Oktyabr 2026
126
19:47 / 02 Oktyabr 2026
65
19:39 / 02 Oktyabr 2026
85
19:36 / 02 Oktyabr 2026
76
19:29 / 02 Oktyabr 2026
70
19:27 / 02 Oktyabr 2026
62
19:22 / 02 Oktyabr 2026
56
19:08 / 02 Oktyabr 2026
125
19:00 / 02 Oktyabr 2026
66
18:59 / 02 Oktyabr 2026
85
18:42 / 02 Oktyabr 2026
60
18:39 / 02 Oktyabr 2026
75
18:36 / 02 Oktyabr 2026
62
18:25 / 02 Oktyabr 2026
114
18:10 / 02 Oktyabr 2026
162
18:10 / 02 Oktyabr 2026
607
17:59 / 02 Oktyabr 2026
68
17:57 / 02 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.