"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"
02 Oktyabr 2026, 20:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
30
02.10.2026, 19:59
Siyasi təşkilatların taleyi bəzən qəbul olunmuş proqramlardan, yazılmış nizamnamələrdən əvvəl, cəmiyyətin daxilində yaranan bir ehtiyacın səssiz təzyiqi ilə həll olunur. Ölkə döngəyə girəndə, dövlət ayaq üstə durmaq üçün sütun axtaranda insanlar baxışlarını bir ünvana çevirir. Bu seçim sifarişlə, əvvəlcədən cızılmış layihə ilə olmur. Xalq onu öz yaddaşından və təcrübəsindən süzüb çıxarır.1992-ci ilin payızı Azərbaycan üçün məhz belə bir seçim payızı idi. Müstəqillik təzəcə qazanılmışdı, amma onu qorumaq, ona məzmun vermək hələ qarşıda dururdu. Ölkə cəbhədə də, daxildə də ağır sınaqlardan keçirdi, hakimiyyət boşluğu dövlətin özünü sual altına qoyurdu. Elə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. 16 oktyabrda yazılan müraciətə 24 oktyabrda cavab gəldi, 21 noyabrda isə Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yarandı, proqram və nizamnamə qəbul olundu, Heydər Əliyev yekdilliklə sədr seçildi. Bu ardıcıllığa diqqətlə baxanda aydın olur ki, söhbət sadəcə bir partiyanın təsis edilməsindən getmir. Cəmiyyətin etimadı institusional formaya düşürdü.
Çox keçmədi ki, tarix bu etimadı sınağa çəkdi. Partiyanın yarandığı gündən cəmi altı ay sonra Heydər Əliyev xalqın israrlı tələbi ilə hakimiyyətə qayıtdı. Dünya siyasi təcrübəsində belə nümunə az tapılar: bu qədər qısa müddətdə iqtidara gələn bir siyasi qüvvə. Amma əsas məsələ sürət deyildi, əsas məsələ o dövrdə Azərbaycanın nə ilə üz-üzə olması idi. Vətəndaş qarşıdurması, parçalanma təhlükəsi, çökən dövlət institutları, itirilən torpaqlar. Ulu Öndər dövləti bu uçurumun kənarından geri qaytardı.
Atəşkəs əldə olundu, ölkədə sabitlik bərqərar edildi, dövlətçilik institutları bərpa edildi, Konstitusiya qəbul olundu, “Əsrin müqaviləsi” ilə Azərbaycanın iqtisadi gələcəyinin təməli qoyuldu. Bunların hamısı bir siyasi xəttin hissələri idi: müstəqilliyi qorumaq, milli maraqları hər şeydən üstün tutmaq, güclü dövlət qurmaq.Lakin siyasi irsin əsl sınağı onu yaradanın yanında deyil, onsuz başlayır.
Şəxsiyyət gedə bilər, xətt isə qalmalıdır. 2003-cü ildə Heydər Əliyev dünyasını dəyişəndə Azərbaycan cəmiyyəti məhz bu sualın qarşısında dayanmışdı. Cavab İlham Əliyevin simasında verildi.
O, atasından yalnız siyasi vəzifəni deyil, dövlətçilik məsuliyyətini və ideyalar sistemini qəbul etdi, həmin sistemi dəyişən dünyanın tələblərinə uyğunlaşdıraraq davam etdirdi.
Bu illərdə Azərbaycan iqtisadi cəhətdən güclənən, enerji xəritəsində söz sahibi olan, regionda təşəbbüs irəli sürən ölkəyə çevrildi. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanı enerji təhlükəsizliyi baxımından Avropa üçün etibarlı tərəfdaşa çevirdi.
Daxildə infrastruktur yeniləndi, regionlar inkişaf etdi, sosial paketlər həyata keçirildi, ordu quruculuğuna ardıcıl diqqət göstərildi. Bu siyasətin ən mühüm xüsusiyyəti isə sakit, səbirli və hesablanmış xarakter daşıması idi. Ölkə ordusunu və iqtisadiyyatını elə hazırlayırdı ki, gələcəkdə tarixi ədalətin bərpası mümkün olsun. O gün 2020-ci ilin 27 sentyabrında gəldi.
Otuz ilə yaxın davam edən işğalın, danışıqlar masasında nəticəsiz keçən illərin, beynəlxalq hüququn kağız üzərində qalan qərarlarının ardınca Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. 44 gün sürən bu müharibə təkcə cəbhədə deyil, hər evdə, hər ürəkdə gedirdi.
Ordu döyüşürdü, xalq isə arxada birləşmişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, strateji iradəsi və xalqla ordunun vəhdəti şərəfli Zəfərlə nəticələndi. Şuşanın azad olunması, rayonlarımıza Azərbaycan bayrağının qayıtması bir xalqın otuz illik həsrətinin sonu idi. Həmin günlərdə Azərbaycan həm də sübut etdi ki, siyasi iradə, xalq birliyi və güclü ordu birləşəndə ədalət bərpa oluna bilər.
Amma bu yolun bir mərhələsi hələ tamamlanmamışdı. 2020-ci ildən sonra da Qarabağın bəzi ərazilərində qanunsuz silahlı birləşmələrin mövcudluğu, onların təxribatları suverenliyin tam bərpasına mane olurdu. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri bu məsələni də həll etdi. Cəmi 23 saat çəkən əməliyyat nəticəsində Azərbaycan öz ərazisində suverenliyini tam bərpa etdi.
Bu, həm hərbi qələbə, həm də siyasi qətiyyətin göstəricisi idi. Beləliklə, otuz ildən çox davam edən münaqişə sona çatdı və Azərbaycan ilk dəfə olaraq bütün ərazisinə tam nəzarət edən ölkə kimi yeni dövrə qədəm qoydu.Yeni Azərbaycan Partiyasının VIII qurultayı məhz bu tarixi mərhələnin fonunda keçirildi.
Partiya ilk dəfədir ki, bütün torpaqları azad olunmuş, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda qurultay keçirir. Bu fakt qurultaya ayrıca məna verir: bu, yalnız keçilən yolun yekunlarını deyil, qarşıdakı dövrün prioritetlərini də müəyyənləşdirən toplantıdır. Çünki qələbə finiş xətti deyil, yeni start xəttidir. Böyük uğurun ən təhlükəli sınağı sonrakı arxayınlıqdır. Ətrafda müharibələrin getdiyi, münaqişələrin alovlandığı bir dünyada təhlükəsizlik anlayışı artıq yalnız ordunun gücü ilə ölçülmür. İdeoloji məkan, informasiya mühiti, xarici təsirlərə qarşı siyasi müstəqillik, hətta siyasi kommunikasiyanın şablondan çıxıb canlı və təsirli dil tapması da bu anlayışın tərkib hissəsinə çevrilib.
Prezident, YAP Sədri İlham Əliyevin qurultaydakı çıxışının əsas mesajı da bunu ifadə edirdi: ana xətt dəyişməz qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və Azərbaycanın öz imkanlarına arxalanması. Bu, 1992-ci ildə Naxçıvanda başlayan yolu bu günə bağlayan məntiqdir. Heydər Əliyevin qoyduğu təməl, İlham Əliyevin həyata keçirdiyi siyasət və xalqın birliyi bir-birini tamamlayaraq Azərbaycanı bu günkü mərhələyə gətirib çıxarıb.
Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, Yeni Azərbaycan Partiyasının tarixi, onun yaranması, formalaşması, insanları öz ətrafına cəlb etməsi Ulu Öndər Heydər Əliyevin adı və onun ölməz ideyaları ilə sıx bağlıdır.Dünyada elə bir partiya yoxdur ki, o, yarandığı gündən 6 ay sonra iqtidara gəlmiş olsun. Bu, Yeni Azərbaycan Partiyasıdır. Analoqu olmayan bir siyasi təşkilatdır ki, yarandıqdan az sonra iqtidara gəldi və Ulu Öndərimizin böyük dühası, siyasi iradəsi, böyük təşkilatçılıq qabiliyyəti sayəsində çətin günlərdə Azərbaycanı qarşıdurmalardan, vətəndaş müharibəsindən, parçalanmadan xilas edə bildi.Bu gün də Heydər Əliyev ideyaları Yeni Azərbaycan Partiyasını uğurla aparır və partiyamız məhz o ideyalardan silahlanıb. Bizim hörmətli Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev həmin ideyalara arxalanaraq ölkəni yüksək iradə və uzaqgörənliyi ilə idarə edir. Biz bunu partiyamızın VIII qurultayında, bu gün keçirilən VIII qurultayda da bir daha yəqin etdik və cənab İlham Əliyevin möhtəşəm çıxışında da bu özünü aydın göstərdi.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev fikirlərini Oxu24.com saytı ilə bölüşüb.
Tahir Rzayevin sözlərinə görə, Azərbaycan Prezidenti YAP-ın keçdiyi yola nəzər salmaqla, keçilən yolun uğurlarının Heydər Əliyevin idealları ilə sıx bağlı olduğunu bir daha diqqətə çatdırdı və bildirdi ki, biz bu gün həmin ideyaları əldə tutaraq birliyimizə nail olmuşuq.
Ölkədə ictimai-siyasi sabitlik qərarqərar olub. Torpaqlarımız düşməndən tam azad olunub. Suverenliyimizi bərpa etmişik.Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu son dərəcə yüksəlib və bu gün dünyanın ən böyük ölkələri Azərbaycanla hesablaşırlar. Azərbaycanın keçdiyi yolu qiymətləndirməklə bərabər, bir çox sahələrdə bizim nailiyyətlərimizi nümunə kimi qəbul edirlər.Cənab Prezident Yeni Azərbaycan Partiyasının uğurunu xalqın birliyində, ordunun gücündə, insanların Heydər Əliyev siyasətinə olan inamında gördüyünü qeyd etməklə bildirdi ki, bu birlik, bu etiram 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində özünün əyani ifadəsini göstərdi və biz tez bir zamanda düşmən üzərində tarixi qələbə qazandıq.
Deputat vurğulayıb ki, Cənab Prezident bildirdi ki, ancaq bununla arxayınlaşmaq olmaz. Düşmənə arxa çevirmək, ona ümid etmək mümkünsüzdür. Biz hər vasitə ilə təhlükəsizliyimizi təmin etməliyik, ordumuzu gücləndirməliyik, iqtisadiyyatımızı inkişaf etdirməliyik. Çünki bu, bugünkü dövrdə, ətrafda müharibələrin getdiyi, bir çox yerlərdə münaqişələrin qızışdığı bir vaxtda çox vacibdir.
"Biz həmişə mübarizəyə, ölkənin müdafiəsinə hazır olmalıyıq. Çünki dövlətimizi, uğurlarımızı istəməyən qüvvələr hələ var. Ölkənin imicinə xələl gətirmək, xarici ölkələrdən qüvvət alan, onlara arxalanan ünsürlər hələ də mövcuddur. İdeoloji müharibə davam edir və biz hər vaxt bu mübarizəyə hazır olmalıyıq, öz gücümüzü göstərməliyik və xalqın birliyinə arxalanmalıyıq.Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir. Bu, həm partiyanın keçdiyi yola bir nəzər salmaq, həm də keçmişi, qarşıda olan vəzifələri müəyyən etmək baxımından çox əhəmiyyətlidir.Cənab İlham Əliyev də partiyamızın sədri kimi qurultayda söylədiyi dərin məzmunlu çıxışı ilə bu yolu bizə göstərdi və gələcəyin aydın yollarını göstərdi",-deyə T.Rzayev fikrini yekunlaşdırıb.
Turan Etibaroğlu
20:10 / 02 Oktyabr 2026
1
19:57 / 02 Oktyabr 2026
102
19:47 / 02 Oktyabr 2026
54
19:39 / 02 Oktyabr 2026
73
19:36 / 02 Oktyabr 2026
62
19:29 / 02 Oktyabr 2026
65
19:27 / 02 Oktyabr 2026
59
19:22 / 02 Oktyabr 2026
52
19:08 / 02 Oktyabr 2026
112
19:00 / 02 Oktyabr 2026
61
18:59 / 02 Oktyabr 2026
81
18:42 / 02 Oktyabr 2026
60
18:39 / 02 Oktyabr 2026
74
18:36 / 02 Oktyabr 2026
62
18:25 / 02 Oktyabr 2026
112
18:10 / 02 Oktyabr 2026
157
18:10 / 02 Oktyabr 2026
575
17:59 / 02 Oktyabr 2026
67
17:57 / 02 Oktyabr 2026
85
17:50 / 02 Oktyabr 2026
100
17:36 / 02 Oktyabr 2026
71
17:05 / 02 Oktyabr 2026
689
16:56 / 02 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.