Bu gün Azərbaycan Respublikası tam suveren dövlət kimi yaşayır - Milli Məclisin deputatı Ceyhun Məmmədov
18 Sentyabr 2026, 12:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
242
18.09.2026, 11:23
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb.
Oxu24.com -ın xəbərinə görə, qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi 6 fəsil, 13 maddədən ibarətdir.
Qanun layihəsi aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanıb. Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olub özündə borc, alqı-satqı və digər müqavilələrin əlamətlərini əks etdirir.
İstehsalçılar hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə maliyyə təşkilatları və təchizatçılara təklif edəcəklər. Məhsul şəhadətnaməsi əvvəlcədən maliyyələşmə müqaviləsində istehsalın nəticəsinin məhsul şəhadətnaməsini əldə edən şəxsə (maliyyə təşkilatı, tədarükçü) verilməsinin öhdəlik kimi götürülməsini nəzərdə tutur.
Öhdəliyin icrası kimi pul vəsaiti və ya kənd təsərrüfatı məhsulunun təqdim edilməsindən asılı olaraq, məhsul şəhadətnaməsi maliyyə və ya əmtəə məhsul şəhadətnamələri ola bilər.
Maliyyə məhsul şəhadətnaməsində bir qayda olaraq maliyyə təşkilatları (bank, BOKT) maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun satışından əldə ediləcək vəsaitin fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) ödənilməsi öhdəliyini ehtiva edir.
Əmtəə məhsul şəhadətnaməsində bir qayda olaraq tədarükçülər maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) verilməsi öhdəliyini ehtiva edir.
Hər iki növ məhsul şəhadətnaməsinin tətbiqinin müsbət cəhətləri aşağıdakılardır:
- fermer zəruri vəsaiti istehsal prosesindən əvvəl əldə edərək istifadə edir;
- tədarükçülər əldə edəcəkləri məhsul barədə əvvəlcədən təminat aldığından bazar münasibətlərində daha çevik iştirak edə bilirlər;
- maliyyə təşkilatları aqrar sahə üzrə yeni və icrası daha çevik maliyyə aləti əldə edirlər;
- müqavilələrdən fərqli olaraq məhsul şəhadətnaməsi üzrə öhdəliyin icrasının pozulması halında çevik, az xərcli və məhkəmənin minimal iştirakı ilə tutma proseduru müəyyən edilir. Layihəyə əsasən məhsul şəhadətnaməsi özü icra sənədi kimi çıxış edir və icra sənədi daxil olduğu gündən etibarən dərhal icraya yönəldilir;
- məhsul şəhadətnamələrinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə buraxılması onların tərtibi və təsdiqi (notarial) üzrə xərcləri aradan qaldırır, habelə elektron sistem vasitəsilə izlənə bilməsi onlara olan etibarı artırır;
- məhsul şəhadətnaməsinin sahibinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsində və ilkin emalında monitorinq hüququna əsasən məhsul şəhadətnaməsinin sahibi istehsal və ilkin emal prosesini nəzarətdə saxlayır və prosesin şəhadətnamədə elan olunan qaydada aparılmasına nəzarət edir. Bu isə tələb edilən keyfiyyətdə məhsulun əldə edilməsinin qarantiyaya alınmasına və onun növbəti realizəsinin rahat həyata keçirilməsinə şərait yaratmaqla “tarladan süfrəyə” prinsipinin həyata keçirilməsini asanlaşdırır.
Qanun layihəsinin qəbulu kənd təsərrüfatının maliyyələşdirilməsi, istehsalçıların dəstəklənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək.
Qanun qəbul ediləcəyi halda dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.
12:18 / 18 Sentyabr 2026
1
12:11 / 18 Sentyabr 2026
22
12:09 / 18 Sentyabr 2026
24
12:01 / 18 Sentyabr 2026
36
12:00 / 18 Sentyabr 2026
44
11:52 / 18 Sentyabr 2026
112
11:41 / 18 Sentyabr 2026
63
11:40 / 18 Sentyabr 2026
53
11:35 / 18 Sentyabr 2026
59
11:31 / 18 Sentyabr 2026
99
11:30 / 18 Sentyabr 2026
121
11:30 / 18 Sentyabr 2026
51
11:27 / 18 Sentyabr 2026
63
11:17 / 18 Sentyabr 2026
57
11:05 / 18 Sentyabr 2026
66
11:00 / 18 Sentyabr 2026
84
10:57 / 18 Sentyabr 2026
70
10:50 / 18 Sentyabr 2026
169
10:49 / 18 Sentyabr 2026
54
10:47 / 18 Sentyabr 2026
54
10:24 / 18 Sentyabr 2026
867
10:22 / 18 Sentyabr 2026
61
10:19 / 18 Sentyabr 2026
311
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.