Prezidentin təltif etdiyi xanım kimdir? — DOSYE +FOTOLAR
16 Sentyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
57
16.09.2026, 12:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Oxu24.com xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan dövlətimizin başçısını qarşıladılar.
Prezident İlham Əliyevə “Qobustan” Günəş Elektrik Stansiyası, "Universal Energy" şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verildi.
Bildirildi ki, Çinin Şanxay şəhərində yaradılmış şirkət yaşıl enerji və enerji saxlanc sistemləri üzrə həllər təqdim edir.
"Universal Energy" Çinlə yanaşı, Qazaxıstan və Özbəkistanda da bərpaolunan enerji layihələri həyata keçirir.
Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi qərarla Bakı şəhərinin Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar torpaq sahəsi Günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib.
Bu ərazi Günəş elektrik stansiyasının tikintisi məqsədilə hərraca çıxarılıb və Çinin “Universal International Holdings Limited” şirkəti 2024-cü ildə hərracın qalibi olub.
“Qobustan” Günəş Elektrik Stansiyası layihəsi Azərbaycanda hərrac vasitəsi ilə həyata keçirilən ilk, eyni zamanda, "Universal Energy" şirkətinin ölkəmizdə icra etdiyi birinci layihədir.
Stansiyada Günəş panelləri ilə yanaşı, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tam yerinə yetirilib.
“Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra hər il təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 45 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri də bərpaolunan enerji mənbələrinin geniş tətbiqidir.
Azərbaycanda yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 QVt, Günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir. “Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsilə ölkəmizdə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt, stansiyaların sayı isə 85 olacaq. Onların da 65-i su elektrik stansiyası (1443,5 MVt), 6-sı külək elektrik stansiyası (306,5 MVt), 9-u Günəş elektrik stansiyası (278,2 MVt), 3-ü hibrid elektrik stansiyası (7,3 MVt), 1-i isə BİO elektrik stansiyasıdır (37 MVt). Bərpaolunan enerji mənbələri ölkəmizin ümumi enerji gücünün təxminən 20,8 faizini təşkil edir. 2027-ci ilin sonunadək təxminən 1,5 QVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihələr ölkəmizin elektrik enerjisi ilə təminatı məsələsinə töhfə verməklə yanaşı, təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını xeyli azaltmağa şərait yaradır.




12:36 / 16 Sentyabr 2026
17
12:29 / 16 Sentyabr 2026
34
12:21 / 16 Sentyabr 2026
45
12:09 / 16 Sentyabr 2026
64
12:03 / 16 Sentyabr 2026
235
11:59 / 16 Sentyabr 2026
59
11:50 / 16 Sentyabr 2026
47
11:46 / 16 Sentyabr 2026
76
11:43 / 16 Sentyabr 2026
52
11:40 / 16 Sentyabr 2026
47
11:32 / 16 Sentyabr 2026
321
11:30 / 16 Sentyabr 2026
708
11:26 / 16 Sentyabr 2026
124
11:24 / 16 Sentyabr 2026
57
11:20 / 16 Sentyabr 2026
52
10:59 / 16 Sentyabr 2026
65
10:58 / 16 Sentyabr 2026
55
10:45 / 16 Sentyabr 2026
65
10:43 / 16 Sentyabr 2026
182
10:39 / 16 Sentyabr 2026
58
10:35 / 16 Sentyabr 2026
59
10:12 / 16 Sentyabr 2026
137
09:55 / 16 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.