Rusiyadan Trampa çağırış: Zelenskini zərərsizləşdirin!
25 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
403
15.09.2026, 11:35
Sentyabrın 14-də Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Əbu-Dabi Hökumətinin suveren investoru olan L'İMAD ikitərəfli iqtisadi əlaqələri möhkəmləndirmək və birgə inkişaf hədəflərini dəstəkləmək məqsədilə strateji əməkdaşlıq Sazişi imzalayıblar.
Saziş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə İqtisadiyyat naziri Mikayıl Cabbarov və L'İMAD-ın İdarəedici direktoru və Qrup Baş İcraçı direktoru Cassem Bu Ataba Al Zaabi tərəfindən imzalanıb.
Oxu: Müdafiə Nazirliyi mühüm müraciət yaydı:Sentyabrın 21-nə dək...
Sazişin şərtlərinə əsasən, AİH və L'İMAD fondu Azərbaycan Respublikasında və Mərkəzi Asiya regionunda birgə strateji investisiyaların qoyulmasını planlaşdırır. Tərəfdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən prioritet sahələrə - xüsusilə sənaye, kritik faydalı qazıntılar və müvafiq təchizat zəncirlərinin qurulması, şəhər və nəqliyyat infrastrukturu, energetika, eləcə də rəqəmsal qoşulma istiqamətlərinə xüsusi diqqət yetiriləcək.
Tərəflər bu sazişin Azərbaycan ilə BƏƏ arasında dinamik şəkildə artan iqtisadi əlaqələrin bariz nümunəsi olduğunu və davamlı inkişafı dəstəkləyən yüksək keyfiyyətli investisiya imkanlarının müəyyən edilməsi istiqamətində birgə tərəfdaşlığı əks etdirdiyini vurğulayıblar. Sənəd çərçivəsində uzunmüddətli kapitalın strateji sektorlara birgə yönəldilməsi, regional inteqrasiyanın və əlaqələrin gücləndirilməsi, eləcə də hər iki ölkə üçün dayanıqlı və uzunmüddətli iqtisadi dəyərin yaradılması hədəflənir.
10:12 / 26 Oktyabr 2026
50
10:10 / 26 Oktyabr 2026
46
09:30 / 26 Oktyabr 2026
63
09:10 / 26 Oktyabr 2026
67
09:08 / 26 Oktyabr 2026
69
00:16 / 26 Oktyabr 2026
243
23:59 / 25 Oktyabr 2026
106
23:18 / 25 Oktyabr 2026
133
22:59 / 25 Oktyabr 2026
111
22:45 / 25 Oktyabr 2026
108
22:21 / 25 Oktyabr 2026
1053
22:18 / 25 Oktyabr 2026
370
22:00 / 25 Oktyabr 2026
135
20:35 / 25 Oktyabr 2026
95
20:15 / 25 Oktyabr 2026
843
19:30 / 25 Oktyabr 2026
2359
19:02 / 25 Oktyabr 2026
305
16:35 / 25 Oktyabr 2026
106
16:05 / 25 Oktyabr 2026
175
15:37 / 25 Oktyabr 2026
4200
15:34 / 25 Oktyabr 2026
115
15:19 / 25 Oktyabr 2026
157
15:08 / 25 Oktyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.