Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1543
az

Azərbaycanlı zabitə ABŞ Müdafiə Nazirliyində yüksək vəzifə verildi

21:0308 May, 2018
1166
SİYASƏT
  • A
 ABŞ Hərbi Dəniz Donanmasında "John” ləqəbli komandir, həmyerlimiz Nəimi Əmiral ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satışlar departamentində baş inteqrator və heyət başçısı təyin edilib.

Bu barədə axar.az-a məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

"Artıq bir aydır ki, yeni təyinatını icra etməyə başlamış həmyerlimiz ilk xarici səfərini də elə keçən həftə qardaş Türkiyəyə edib”, - E.Eltürk bildirib.

Qeyd edək ki, Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, ingilis, rus və italyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ Hərbi Donanmasında xidmətə başlayıb və 2005-ci ilin avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra Prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb.

Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir.

Qeyd edək ki, o, uğurlu xidməti sayəsində 12 medalla təltif olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı