Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14686
az

Zakir Həsənov jurnalistə irad bildirdi: "Niyə Azərbaycan dilində danışmırsan?"

11:0819 İyun, 2019
3144
SİYASƏT
  • A
 
Xəbər verdiyimiz kimi dünən  Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov   geniş  mətbuat konfransı keçirib. Mətbuat konfransında ordu ilə bağlı jurnalistlərin suallarını cavablandıran nazir bir addımı ilə mətbuatın diqqətini çəkib. 

Oxu24.com xəbər verir ki, "CBC" televiziyasının  müxbiri  nazirə  rus dilində sual verib. Müdafiə  naziri  jurnalistə   Azərbaycan  dilində   danışmamasını   irad  tutub.

"Üzr istəyirəm. Niyə sualı rus dilində verirsiniz?Azərbaycan  dilini  bilmirsinizmi?." Jurnalist  sualını  rus  dilindən  verdikdən sonra müdafiə naziri sualın  cavabını  Azərbaycan  dilində  verəcəyini  bildirib.

Xatırladaq ki, jurnalistin sualı “Seyfəli” poliqonundan atılmış tank mərmisinin Gəncədə yaşayış evinə düşməsi hadisəsi ilə bağlı olub.
Nazir  cavabında bildirib: “Seyfəli” sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib.Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi”.Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.

Sözügedən videonu təqdim edirik:

Günün digər  xəbərləri: Azərbaycanda polis hər yerdə bu 21 yaşlı qızı axtarır-DİQQƏT!

Azərbaycanda biabırçılıq: Bacısının pulunu oğurlayan qadın müəllimənin görüntüsü yayıldı+VİDEO

Bakıda gecə çəkilmiş biabırçı görüntü yayıldı+VİDEO


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elmar Vəliyevi güllələyən Yunislə bağlı sensasion video yayıldı: Meşədə xüsusi təlim keçib,İranda gizli planlar qurub
Mirşahin canlı yayımda Sevinc Osmanqızı ilə bağlı sensasion məktubu oxudu
Zakir Həsənov jurnalistə irad bildirdi:

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO