Tramp Əliyevə məktubunda nə yazır?
10 Aprel 2025, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
SİYASƏT
263
02.04.2025, 15:59
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Oxu24.com xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.
***
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz.
Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.
Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.
Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.
Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi.
Həmçinin oxuyun
Bir daha demək istəyirəm, əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.
Bir daha xoş gəlmisiniz.
***
Sonra Almaniya Prezidenti bəyanatla çıxış edib.
Prezident Frank-Valter Ştaynmayerin bəyanatı
- Hörmətli həmkarım cənab Prezident, bu səmimi dəvətə görə ürəkdən çox təşəkkür edirəm və qonaqpərvərliyə görə bütün alman nümayəndə heyətinin adından təşəkkür edirəm. Biz burada bundan çox zövq alırıq. Siz dediniz ki, Azərbaycanda birinci dəfə deyiləm, bu funksiyada ilk dəfəyəm. Prezident kimi birinci dəfə gəlirəm. Əvvəllər Azərbaycanda dəfələrlə olmuşam. Amma axırıncı dəfə 2016-cı ildə olub, doqquz il keçib üstündən. İndi dünyada vəziyyət elə tez dəyişir, geosiyasi baxımdan 9 ildə o qədər dəyişikliklər olub ki, 2016-cı ildə buraya səfərim mənə artıq uzaq keçmiş kimi görünür. Ona görə şadam ki, bu gün yenidən gəlib görüşdük və çox geniş fikir mübadiləsi apara bildik. Biz həmişə bu mübadiləni aparmışıq. Bakıda olmasa da, başqa yerlərdə görüşmüşük, telefonla söhbət etmişik. Bu aralarda Münxen Təhlükəsizlik Konfransında görüşmüşük, eləcə də Sizin Berlinə səfərinizi yaxşı xatırlayıram. Keçən il baş tutan bu görüşdə müzakirə aparmışıq və şadam ki, mən indi Sizin səfərinizin qarşılığı olaraq ölkənizdə səfərdəyəm.
Cənab Prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. İlk dəfə şvabiyalı kəndlilərin burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər bu sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Ona görə bunu xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Mən çox şadam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və mən hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik.
Mən bu mübadilədən çox məmnunam. Şadam ki, bir-birimizlə həmişə açıq danışa bilmişik. Həm ümumi fikrə gəldiyimiz mövzularda, amma həm də fərqli mövqelərdə olduğumuz mövzularda da açıq danışa bilmişik və geniş söhbətlərimizdə hər iki tərəf bir-biri ilə açıq danışa bilib, səmimi söhbət apara bilib. Biz elə bir dünyada yaşayırıq ki, burada çox sürətlə dramatik dəyişikliklər olur. Cənab Prezident artıq bizim ölkələrimizi nəyin birləşdirdiyini dedi. Bizi birləşdirən həm də odur ki, beynəlxalq qayda-qanunun qorunmasına, dünyanın qaydalar əsasında işlənməsinə maraq göstəririk və gələcək nəsillərə də qaydasız dünya miras qoymaq istəmirik.
Bizim üçün strateji mövzularda da müzakirə apardıq. Biz iqtisadi əməkdaşlıq perspektivlərimizi müzakirə etdik. Siz artıq dediniz və bir neçə aspekti bildirdiniz ki, həm də Azərbaycanın Almaniya üçün böyük rolu olub 2022-ci ildə. Bizim bir qayda olaraq Rusiyadan aldığımız qaz tədarükümüzdə qapanma yaranmağa başlayanda Azərbaycan burada üzərinə xeyli məsuliyyət götürdü və mən buna görə çox təşəkkür edirəm. Buna görə mən Sizin sözlərinizdən belə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Buna görə də infrastrukturun yaxşılaşdırılması üzərində işləməliyik. Bu, hələ ki, yetərincə deyil. Buna görə bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var.
Mən çox şadam ki, Azərbaycan inkişaf edərək elə bir məkana çevrilir ki, buradan çox vacib ticarət yolları keçir və bu da dünyanın birləşməsinə səbəb ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə ticarət əlaqələrimizdə ölkənizin rolu var, yaxud da ki, Cənub-Qərbi Asiya ilə, Çinlə. Biz bilirik ki, hazırda mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yolların, Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün də vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı bir perspektivə çevriləcək. Sizin region - Cənubi Qafqaz daha sabit bir region olandan sonra son illərdəki münasibətlərdən fərqli olaraq daha sabit bir regiona çevriləcək. Bununla mən, cənab Prezident, Sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz Azərbaycanla qonşu Ermənistan arasında sülh münasibətləri haqqında danışdınız. Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Mən kənardan bunu müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizi çox mütəəssir edir. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu müqavilə haqqında mən bu gün səhər danışanda cənab Prezidentə dedim, ümid edirəm ki, bu anlaşma ilə önəmli bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, bu vəziyyət saxlanacaq və bundan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid edirəm və buna çağırıram ki, bu anı itirməmək lazımdır. Bütün çətinliklərə, maneələrə baxmayaraq, bu yol gedilib, xeyli addım atılıb və bunu sona qədər getmək lazımdır. Buna görə təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır ki, bu siyasi müqavilə həqiqətən də həyata keçirilsin və qüvvəyə minsin. Ümid edirəm ki, bu alınacaq və biz də buna uzaqdan bacardığımız qədər, necə mümkündürsə, dəstəyimizi verəcəyik. Çox sağ olun.
20:40 / 10 Aprel 2025
Hollandiya ölkənin nazirliklərindən böyük məlumat sızması barədə məlumat verib
1
20:35 / 10 Aprel 2025
Xaricdə yaşayan bloger istintaqa dəvət edilib
4
20:25 / 10 Aprel 2025
Xanlar Vəliyev haqda nə bilirik?
34
20:22 / 10 Aprel 2025
Lukaşenkodan Rusiya ilə bağlı açıqlama
8
20:18 / 10 Aprel 2025
Uşaqların sayı azalır, ailə qurmaq yaşı isə artır
27
20:03 / 10 Aprel 2025
Lukaşenko idxalı əvəzləmənin gücləndirilməsinin vacibliyini bəyan edib
25
19:45 / 10 Aprel 2025
Üzüm suvaran maşın — Maraqlı video
28
19:37 / 10 Aprel 2025
Polşa Smolensk hava qəzası ilə bağlı araşdırmanı uzadıb
32
19:33 / 10 Aprel 2025
Sənəd qəbuluna start verilib
36
19:24 / 10 Aprel 2025
“Son zəng”lə bağlı qadağa olacaq? - RƏSMİ AÇIQLAMA
30
19:16 / 10 Aprel 2025
Tramp Çin mallarına rüsumları 145%-ə qaldırıb
41
19:11 / 10 Aprel 2025
Polşa ABŞ-Rusiya münasibətlərində dəyişikliklərə icazə verdi
35
18:57 / 10 Aprel 2025
Yük maşını betona çırpılıb, radar aşıb - FOTO - VİDEO
51
18:52 / 10 Aprel 2025
Ölmək də olmur... — Qəbir yerlərini satanlar pulu kimlərlə bölür?
621
18:38 / 10 Aprel 2025
Britaniya Gürcüstanın baş prokuroruna qarşı sanksiyalar tətbiq edib
40
18:12 / 10 Aprel 2025
Ailənin sonbeşiyi idi,şəhid oldu — Doğum günü olan qəhrəmanımız
325
18:04 / 10 Aprel 2025
21 kənddə qaz olmayacaq
59
17:35 / 10 Aprel 2025
Tramp Əliyevə məktubunda nə yazır?
204
17:33 / 10 Aprel 2025
Rusiyadan Yaponiyaya sərt cavab
60
17:18 / 10 Aprel 2025
Avropa Ukraynaya nə vaxt qoşun göndərmək istədiyini açıqlayıb
71
17:12 / 10 Aprel 2025
Ayda 70 min qazandıqlarını deyən müğənnilər nə qədər vergi ödəyir? — Araşdırma
236
17:01 / 10 Aprel 2025
Məktəbdə dəhşətli anlar: Şagirdlər müəllimi döydülər
593
16:35 / 10 Aprel 2025
Həmin maşında görün kimlər olub — "Uçan" taksinin videosu
4081
16:26 / 10 Aprel 2025
"Şəpik"lə maşın sürmək qadağandır ?- Ekspert danışır
168
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.