Qaynar xətt:

(+99450) 247 90 86

Onlar Trampı məyus etdilər 

SİYASƏT

202

02.04.2025, 10:16

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskidən məyus olub.

Oxu24.com “Sky News -ə  istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt keçirilmiş brifinqdə bildirib.

“Prezident Tramp bu münaqişənin hər iki liderindən məyusdur. O istəyir ki, bu müharibə bitsin. Hər iki tərəfdən

insanlar ölür və bu çox uzun müddətdir davam edir. Komandamız həm Rusiya, həm də Ukrayna ilə qarşılıqlı əlaqələri

davam etdirir. Tramp münaqişənin başa çatmasını istəyir. Prezident hər gün əvvəlki kimi bu məsələdə çox fəaldır”.